Əlaqə Arxiv
news Image
2015.02.07
11:30
| A A A
Ən məşhur milli inanclar

Elə inanclar vardır ki, onlar "universal"dır. Məsələn, bir çox ölkələrdə yolu keçən qara pişiklə qarşılaşmaq pis əlamət hesab edilir. Amma bəzi inanclar tam "milli" xarakterə malikdir, yəni bir ölkəyə xasdır.


Rumıniya inancı: burnun qaşınması

Romantik rumıniyalılar inanırlar ki, kimsə sizi öpmək istəyir. Kiminsə sizi sevdiyini bilmək həmişə xoşdur.


Yunanıstan inancı: üfunətlər

Bizdə üfunətlər çox pis iy verən qazlardır. Yunanlarda isə bu, özü ilə taun, vəba və xlamidioz kimi xəstəliklər gətirən konkret ruh və ya iblis hesab edilir. Düzdür, indi bu inanc keçmişdə qalsa da, ənənəyə görə, Yunanıstanda xoşa gəlməyən adamları "üfunət" adlandırırlar.



İngiltərə inancı: Tauer qarğaları

Tauerdə artıq neçə yüz illərdir ki, böyük qara qarğalar yaşayır. Onlara hətta xüsusi məna da verirlər. İnanca görə, sonuncu qarğa iqamətgahı tərk edən vaxt İngiltərənin sonu olacaq.



Almaniya inancı: canavarları lənətləmə

Orta əsrlərdə canavarlardan qorunmaq üçün çox vaxt xüsusi lənətləmə "volfzegen"dən istifadə olunub. Həmin dövrdə yaşayan almanlar həmçinin "əks" lənətləmə- canavarları qurbanının üzərinə qısqırdan "volfban" da olub. Hətta bizim günlərdə bəzi bavariyalı ovçular ova gedən vaxt, hər ehtimala qarşı, özləri ilə üzərində "volfzegen" yazılmış kağız da götürürlər.



İsveç inancı: canavar saatı

Sübhçağı ərəfəni- saat üçdən beşə qədər vaxtı belə adlandırırlar. Bu saatlarda evdən çıxmamağı məsləhət görürlər, çünki canavarlar evlərin yaxınlığında əsnəyən qurbanlarını gözləyir. Doğrudur, bunun dəcəl uşaqları qorxutmaq üçün olduğu da istisna deyildir.



ABŞ inancı: cadugər pəncərəsi

Amerikalılar evin fasadında yerləşən və tərəflərindən biri dama paralel olan 45 dərəcə çevrilmiş pəncərəni belə adlandırırlar. Bu cür pəncərələrə, əsasən, Vermontda rast gəlinir. Inanca görə, bu pəncərələri, guya, öz süpürgəsində əyri pəncərədən keçə bilməyən cadugərlərdən müdafiə olunmaq üçün qoyublar.



Meksika inancı: ölüm kəpənəyi


Bu, "sovka" adlanan və Meksika və Karibdə rast gəlinən real həşəratdır. Onu həmçinin "ölüm kəpənəyi" kimi tərcümə edilən Mariposa de la muerte də adlandırırlar. Hesab edilir ki, sovka ilə qarşılaşan adam tezliklə ölməlidir.


Əfqanıstan inancı: 39

Nə üçün əfqanlarda məhz 39 ədədinin nəhs hesab edildiyi məlum deyildir. Onlar, imkan qədər, bu ədəddən qaçır, onu "nəhs" adlandırırlar. Həmçinin bildirirlər ki, bu ədəd hansısa yolla fahişəliklə bağlıdır.



Pakistan inancı: günəş tutulmasının müalicəvi gücü


Bu cür qəribə inanc yalnız Pakistanda mövcuddur: günəş tutulması zamanı əgər xəstə uşağı sinəsinə qədər torpağa basırsalar, o, xəstəlikdən müalicə olunacaq. Düzdür, hələlik rəsmi olaraq, bu cür heç bir hadisə qeydə alınmayıb.


Çin inancı: uşaq arabaları

Çinlilər uşaq doğulana kimi heç vaxt uşaq arabası almırlar. Çində inanırlar ki, boş uşaq arabasını evdə saxlamaq olmaz, çünki o, uğuru "götürür".



Cənubi Koreya inancı: ventilyatorlu otaqda yatmaq


Cənubi Koreyada, hansı səbəbdənsə, inanırlar ki, işləyən ventilyator olan otaqda yatmaq olmaz: bundan ölmək olar. Əslində isə, ventilyatorun işlədiyi otaqda yatdıqdan sonra ölən hansısa bir adam haqqında indiyə kimi heç bir məlumat yoxdur.



Qərbi Afrika inancı: Qri-qri

Bu, parçadan olan kisə üzərində Qurandan sözlər yazılmış vududur(vudu-ənənəvi Afrika dini- lakin nə üçün Quran, aydın deyil, çünki vudunun islam dininə heç bir aidiyyəti yoxdur). Kisənin içərisində müxtəlif ayin əşyaları olur. Qri-qrini vudu cadugərləri pis ruhlardan qorumaq üçün sifarişlə hazırlayırlar. Amma deyirlər ki, düşmənləri məhv etmək üçün də nəzərdə tutulan qri-qrilər vardır.


Efiopiya inancı: buda

Bunun buddizmlə heç bir əlaqəsi yoxdur. Buda- insanlara zərər vura bilən kaftar-qulyabanıdır. Həmçinin Efiopiya sakinlərinin çoxunun çəkindiyi gözdəyəməni də buda adlandırırlar. Inanc Sudan və Mərakeşdə də yayılıb.



Mərakeş inancı: yatan uşaq

Burada hesab edilir ki, vaxtından gec doğulan uşaqlar magiya vasitəsilə "yuxuya verilib". Nəticədə bu cür adamlar öz davranışlarına cavabdeh ola bilmir və bəzi cinayətlərdə təqsirləndirmələrdən azad olurlar.



Kyurasao inancı: cuko

Bu, adi qəhvəyi rəngli dəniz qozudur. O, sürtülən zaman qızması ilə fərqlənir. Amma Karibdəki Kyurasao adasında cuko, nəyə görəsə, uğur gətirən talisman hesab edilir. Yerli sakinlər onu özləri ilə götürərək ruletka oynayırlar. Düzdür, kiminsə bu qoz sayəsində qalib gəldiyi məlum deyildir.

Sizin Reklam Yeriniz