Əlaqə Arxiv
news Image
2015.02.07
12:00
| A A A
Uzunömürlük möhkəm sağlamlığa zəmanət vermir

Massaçusets Tibb Məktəbinin tədqiqatçıları mutasiya sayəsində adi qurdlardan daha çox yaşayan Caenorhabditis elegans yumru qurdlarını tədqiq ediblər. Alimlər uzunömürlü qurdların nə qədər sağlam olduğunu müəyyən etmək istəyiblər. Onlar müxtəlif mutasiyalı (daf-2, eat-2, ife-2 və clk-1 genlərində) dörd qurd götürüblər.

Qurdların qocalmasına uyğun olaraq mütəxəssislər onların istiliyə, oksidləşdirici stresslərə dözümlülüyünü və bərk səthlərdə və mayedə aktivlik səviyyəsini yoxlayıblar. Tədqiqatçılar sınaq qurdlarını mutasiyasız qurdlarla müqayisə ediblər. Məlum olub ki, yaş artdıqca bütün qurdların fiziki sağlamlığı pisləşib.

Qurdlardakı müxtəlif funksiyalar mutasiyadan asılı olaraq müxtəlif sürətlərlə pisləşib. Ümumilikdə, qurd-mutantların funksiyaları mutasiyasız qurdlarla müqayisədə mümkün maksimumdan 50% aşağı olub. Beləliklə, uzun ömür möhkəm sağlamlığa zəmanət vermir.

Alimlər güman edirlər ki, qocalma prosesində fiziki cəhətdən insanların fəal olmasına imkan verən genlərin axtarışı sağlamlığı saxlamağa kömək edir.

Sizin Reklam Yeriniz