Əlaqə Arxiv
news Image
2015.02.07
12:32
| A A A
Nürnberq işgəncə aləti haqda maraqlı faktlar

İşgəncə və ölüm cəzaları uzun illərdir ki mövcuddur. Bu məqsədlər üçün çoxlu vasitələr kəşf edilib. Bunlardan ən populyarları görünüşcə qapısı olan konteynerə bənzəyib.

Onların ölçüləri, adətən, insanın boyu qədər olub. Bu cür mexanizmlər konteynerin qapısı bağlanan zaman içəridən insanın bədəninə batan çoxlu sayda iti millərlə təchiz edilib.

Bu kateqoriyadan ən məşhuru və geniş yayılanı Nürnberq işgəncə alətidir ("Nürnberqli dəmir qız"). O, öz adını hazırlandığı Nürnberq şəhərinin adından götürüb. Bu aləti qadına oxşadığına görə " dəmir qız" adlandırıblar.

Bu dövr tarixi-mədəni cərəyanın təsirinə məruz qaldığına görə şərhlərdə çoxlu folklor nümunələrinə rast gəlinir, ona görə də yazılanların çoxunu doğru hesab etmək olmaz. Amma onun ən dəqiq və ilk təsviri 14 avqust 1515-ci ilə aid edilir. Orada həmçinin göstərilir ki, həmin məqama kimi alətdən artıq bir neçə ay istifadə edilib. Bildirilir ki, məhz həmin gün ölüm cəzasına saxta pul düzəldən məhkum edilib. Məhkumu konstruksiyanın içərisinə yerləşdirərək qapını yavaş-yavaş bağlayıblar.

Bu, onun dərhal ölməsi üçün yox, əzab çəkməsi üçün edilib. Iti və uzun millər tədricən bütün bədənə- qarına, ətraflara,qasıqlara, gözlərə... sancılıb. Ağrıdan qışqıran və qana boyanan məhkumu qapını tam bağlayaraq bu vəziyyətdə saxlayıblar. O, iki gündən sonra ölüb.

Qeyd etmək lazımdır ki, "dəmir qız" ən qəddar işgəncə aləti hesab edilib. Onu hətta təkərə bağlayıb əzabla öldürmə və şaqqalanma kimi cəza növləri ilə müqayisə etmək olmaz.

Sizin Reklam Yeriniz