Əlaqə Arxiv
news Image
2015.02.07
13:03
| A A A
Müasir insan təkamülünü davam etdirir

Finlandiyalı alimlər bu nəticəyə gəliblər ki, insan, guya, təbii seçimin yoxluğu və aşağı ölüm səviyyəsinə baxmayaraq, təkamülünü davam etdirir.Evolution jurnalının yazdığına görə, tədqiqatçılar hesab edirlər ki, adıçəkilən amillər yalnız sosial təkamülü göstərir, lakin bioloji təkamülü də ləğv etmir.Alimlər XVII əsrdən başlayaraq finlandiyalı ailələrin genealoji arxivlərini araşdırıb və insanların xarici görüşünü, fiziologiyasını və ictimailəşəsini analiz ediblər. Sonra onlar bu dəyişiklikləri DNT mutasiyaları ilə müqayisə ediblər. Nəticədə məlum olub ki, finlandiyalı əcdadların cizgilərindəki çoxsaylı dəyişiklərin səbəbi sosial-iqtisadi şərait yox, gen mutasiyaları olub, bu isə təbii seçimin davam etdiyini göstərir.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, son yüz ildə gen mutasiyalarının sayı azalmayıb, əksinə, artıb. Onların sözlərinə görə, bunu müasir dünyada insan genlərinin mənəvi və etik normalarla çarpazlaşmasının məhdudlaşmadığı ilə izah etmək olar. Həmçinin boşanma, təkrar nikahlar və nikahdankənar uşaqların doğulması da öz rolunu oynayır.

Sizin Reklam Yeriniz