Əlaqə Arxiv
news Image
2015.02.09
13:30
| A A A
İnsan və balığın beyinləri bənzəyir

Trento Universitetindən elm adamları, optik illuziya (göz yanılması) istifadə etdikləri araşdırmada, balıq və insanların beyinlərinin bənzərlik göstərdiyi nəticəsinə gəliblər.

Movqe.az xəbər verir ki, İtaliyada olan Trento Universitetindən elm adamları, balıqlara Ebbinghaus illuziyasını göstərərək apardıqları araşdırmada təəccüblü bir nəticəyə gəliblər. Mütəxəssislər, balıqların da eynilə insanlar kimi göz yanılması yaşadığını açıqlayıblar və "Daily Mail"də yer alan xəbərə görə, optik illuziyalar, müxtəlif şəkilləri, eyni boylarda olmasına baxmayaraq fərqli görməyə səbəb olub. Araşdırmanı icra edən elm adamı Prof. Valeria Anna Sovrano, ilk olaraq balıqları, biri böyük, biri kiçik dairələrə reaksiya verməyə yönləndirdiklərini ifadə edib. Elm adamları, bir qrup balığa yem verərək kiçik dairəyə, digər qrupu da böyük dairəyə üzməyə yönləndiriblər.

Sovrano, daha sonra balıqlara Ebbinghaus illuziyasını göstərdiyini və kiçik dairəyə getməyə yönləndirilən balıqların, vizual illuziya səbəbiylə daha kiçik görünən dairəyə tərəf üzdüyünü açıqlayıb. Eyni şəkildə, daha əvvəl böyük dairəyə gedən balıqlar da, vizual illuziya səbəboylə böyük görünən dairəyə tərəf yönəlib.

Elm adamları, araşdırmalarıyla, təkamülün vizual qəbulu necə dəyişdirdiyi mövzusunda verilənlər toplamağa çalışdıqlarını ifadə edib.



Sizin Reklam Yeriniz