Əlaqə Arxiv
news Image
2015.02.09
15:50
| A A A
Kim Kardaşian, Adanalı Mərti Məşhur Etdi -FOTO

Adanalı Mərt Alas, erməni əsilli ABŞ-lı Şou-Biznes ulduzu Kim Kardaşianın dünyaca məşhur Türk fotoqraf Mərt Alaş ilə çəkildiyi fotoşəkilə səhvən işarələməsi  ilə məşhur olub. Daha əvvəl də Miley Cyrusun etdiyi səhv sayəsində təqibçiləri artan gənc, "Səhvən da olsa xoşbəxt oldum" deyib.

Movqe.az xəbər verir ki, Kim Kardaşian, Türk fotoqraf Mərt Alaş ilə çəkildiyi selfiesini ictimai paylaşma saytı olan Twitterdən təqibçilərinə paylaşıb. Fotoğraf təxminən 1000 retweet edərkən, 5100 adam favorilərinə yükləyib. Ancaq Kardaşian, "love & light" qeydi düşdüyü fotoşəkilə "mertalas_" yazmaq əvəzinə "mertalas"  yazıb. Kardaşianın "_" qoymağı unutduğu adres məşhur fotoqraf Mərt Alaşa deyil, Adanalı bir gəncə aid olub. Daha əvvəl ABŞ-lı müğənni Miley Cyrusun da etdiyi səhv sayəsində ünvanın sahibi Mərt Alas adlı gəncin təqibçi sayı artıb.


"KİM KARDAŞİANA "SƏNİ SEVİRƏM BALACA" CAVABIN YAZDIM"

17 yaşındakı Mərt Alas, səhvən də olsa yaşadıqları üçün çox xoşbəxt olduğunu deyib. Alas, "Kim Kardaşian, fotoqraf  Mərt Alaşla fotoşəkil çəkdirir və daha sonra mənim adım da Mert Alas olduğundan, ad bənzərliyinə görə məni "mention" edir. Beləliklə, mənim üçün səhvən də olsa məşhur olma macərası başlayır. Mən bildirimlərimə baxdım və Kim Kardaşianın məni "mention" etdiyini, ondan sonra isə Kardaşianın təqibçilərinin "retweet"lədiyini gördüm. Mən də Kim Kardaşiana "səni sevirəm balaca" deyə cavab yazdım. Ancaq cavab ala bilmədim "deyib.


"Təqibçi Sayı artdı"

Kim Kardaşianın səhvən də olsa onu çox xoşbəxt etdiyini ifadə edən Alas, "Daha əvvəl də Miley Cyrus işarələyib məni. Yenə Mert Alaş sayəsində təqibçi sayım artdı. Bu hadisələr olmadan əvvəl 200 təqibçim vardı. Miley Cyrus sayəsində bir il içərisində 600 təqibçim oldu. Kim Kardaşian "mention" etdikdən sonra da 3 gün içində 65 təqibçi daha qazandım "deyə danışıb.

Sizin Reklam Yeriniz