Əlaqə Arxiv
news Image
2015.02.09
16:30
| A A A
Böcəklər də fərqli xarakterlərə sahib olur.

Universitet libre də Bruxellesdən elm adamları, apardıqları araşdırmada bəzi həşaratların da eynilə insanlar kimi fərqli xarakterlərə sahib olduğu nəticəsinə gəlib.

Movqe.az xəbər verir ki, Belçikada olan Universitet libre də Bruxellesdən elm adamları, apardıqları araşdırmada bəzi həşaratların insanlara bənzər olaraq fərqli xarakterlərə sahib olduğu nəticəsinə gəldiklərin açıqlayıb. Araşdırmaçılar, işlərində bəzi həşaratların davranışlarını araşdırdıqlarını ifadə ediblər.


Guardianda iştirak edən xəbərə görə, bir qrup hamamböcəyini bir qabın içinə buraxan elm adamları, böcəklərin burada açıqca fərqli davranışlar nümayiş etdirdiyini vurğulayıb. Buna görə, utancaq olaraq xarakterizə edilən böcəklər, açıq sahəyə buraxıldığında prioritetini sığınacaq tapmağa verir və ola bildiyincə gizlənməyə çalışır. İkinci qrup isə ətrafını kəşf edir. Mütəxəssislər, təcrübələrində istifadə etdiyi bəzi həşaratların sığınacaq tapma sürətlərinin və ətrafı kəşf müddətlərinin ölçüldüyünü ifadə etib. Böcəklərin təcrübə əsnasında qaranlıqda tutulduğunu ifadə edən elm insanları, canlıların onaltılıq qruplar halında təcrübə sahəsinə buraxıldığını deyib.

Universitet libre də Bruxellesdəki araşdırmaçılardan Isaac Planas Sitja, aparılan araşdırmanın tapıntılarını, "Müşahidə şəxsiyyətləri kateqoriyalara ayırdıq. Bir qisiminə "utancaq və ya təmkinli", bir qisiminə də "cəsur və kəşifçi" dedik. Utancaq böcəklər saxlanaraq daha çox vaxt keçirir və ətraflarını daha az kəşfə çıxır. Bunun əksinə, cəsur olan böcəklər ətraflarını kəşf edir və gizlənərək vaxt keçirmir "sözləri ilə yekunlaşdırıb.


Proceedings of the Royal Society B adlı jurnalda nümayiş olunan araşdırmaya görə, bəzi həşaratların fərqli xarakterlərə sahib olması, bu canlı növünün təkamül müvəffəqiyyətinə işarə edir. Çünki, karakter müxtəlifliyi, fəlakət anlarında canlı növünün bir hissəsinin fərqli davranaraq xilas olmasına köməkçi olur.



Sizin Reklam Yeriniz