Yuxu üçün lazım olan vaxt müəyyən edilib
Yuxunun Öyrənilməsi üzrə Milli Cəmiyyət (ABŞ) bütün yaş qrupları üçün yeni lazımi yuxu vaxtını müəyyən edib. Yuxunun sağlamlığa təsirinə həsr edilmiş üç yüzə yaxın elmi işin analizi əsasında mütəxəssislər uşaqların, yeniyetmələrin, gənclərin, orta və yaşlı adamların nə qədər yatmalı olduqlarını müəyyən ediblər. Beləliklə, yeni məsləhətlərə görə, yeni doğulmuş körpələr (3 aya kimi) gündə 14-17 saat, 4-11 aylıq körpələr 12-15 saat, 1-2 yaşlı uşaqlar 11-14 saat, 3-5 yaşlı uşaqlar 10-13 saat, 6-13 yaşlı məktəblilər 9-11 saat, 14-17 yaşlı yeniyetmələr 8-10 saat, 18 -64 yaşlı gənclər və yaşlı adamlar 7-9 saat, 65 yaşdan yuxarı adamlar isə 7-8 saat yatmalıdır.