Əlaqə Arxiv
news Image
2015.02.09
17:50
| A A A
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura yaradıldı

İcra hakimiyyəti orqanlarında ictimai nəzarətin təmin olunması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura yaradılıb. Movqe.az xəbər verir ki, məşvərətçi qurum kimi yaradılan İctimai Şura ayrı-ayrı təşəbbüs qrupları tərəfindən irəli sürülən namizədlər arasından sərbəst, gizli səzvermə yolu ilə seçilib. Binəqədi Rayon İcra Hakimiyyəti yanında formalaşdırılan İctimai Şura üzvləri müəyyənləşdirildikdən sonra, üzvlər arasından şuraya sədr, sədrin müavini və katib müəyyən edildi. Uzun illər məsul vəzifələrdə çalışmış rayon ziyalısı Aslan Mehdiyev İctimai Şuraya sədr, Həmid Mehdiyev sədrin müavini, jurnalist Fuad Hüseynzadə isə katib seçiliblər. Seçki prosesindən sonra seçilən şəxslər onlara göstərilən etimada görə öz minnətdarlıqlarını bildirərək vətəndaşların dövlət idarəçiliyinə cəlb edilməsi, icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili baxımından İctimai Şuranın yaradılmasını rayonun ictimai həyatında əhəmiyyətli addım kimi dəyərləndirdilər və İctimai Şuranın işinə töhfə vermək üçün bütün imkanlarını səfərbər edəcəklərini bildirdilər.



Sizin Reklam Yeriniz