Əlaqə Arxiv
news Image
2015.02.11
10:00
| A A A
“Betonyeyən” robotlar hazırlanıb

Dəmir-betondan olan tikintilərin sökülməsi zamanı betonu dağıtmaq və lazımlı elementləri ayıraraq onlardan təkrar istifadə etmək üçün ağır inşaat avadanlıqlarından və partlayıcı maddələrdən istifadə olunur. Bu prosesdə həmçinin böyük miqdarda su da tələb olunur, o, ətraf mühiti çirkləndirən toz buludunun yaranmasının qarşısını alır.

Yuxarıda adıçəkilən proses nəticəsində əksər hallarda yerdə qalan tikinti materialları və beton şəhər kənarına çıxarılan vaxt ətrafın zibillənməsinə səbəb olur. Amma bütün bunlar yaxın vaxtlarda sakit işləyən, sürətlə və toz qaldırmadan betonu "yeyən" xüsusi robotlardan istifadə sayəsində dəyişəcək.

"ERO adlı robot betondan olan tikintilərin tez və effektiv şəkildə sökülməsi üçün hazırlanıb. O, bu işi bəzi unikal texnologiyalar sayəsində zibil saxlamadan, toz qaldırmadan yerinə yetirir, alınmış materialın böyük hissəsi isə evlərin tikinitisi zamanı təkrar istifadə üçün yarayır"- robotun yaradıcısı Ömər Hekayomeroğlu bildirib.

ERO tipli robotların mahiyyəti ondan ibarətdir ki, bu robotlar söküləcək tikintilərin qruplar üzrə sayına və hər bir ayrıca tikintinin xüsusiyyətinə əsaslanaraq söküntü işlərinin ardıcıllığını sərbəst şəkildə müəyyən edə bilir. Bu cür robotlar qrupunun işləməsi üçün elektrik enerjisi, qablaşdırma taraları və sudan başqa heç bir əlavə materialdan istifadə etmək lazım gəlmir.

Sizin Reklam Yeriniz