Əlaqə Arxiv
news Image
2015.02.11
10:05
| A A A
Yerin nüvəsi iki hissədən ibarətdir

ABŞ və Çindən olan mütəxəssislər keçirdikləri tədqiqatlardan bu nəticəyə gəliblər ki, Yerin bərk dəmir nüvəsi iki - daxili və xarici hissədən ibarətdir.

Tədqiqatlara əsasən, nüvə, ümumilikdə, dəmirdən ibarətdir, aşkar edilmiş iki hissə müxtəlif kristal struktura və fizik-kimyəvi xüsusiyyətlərə malikdir. Əvvəllər hesab edilirdi ki, bərk nüvə öz xüsusiyyətlərinə görə eynidir.

Geoloqlar qeyd ediblər ki, onlar son vaxtlarda baş vermiş ən böyük zəlzələlərin hamısının seysmik dalğalarını tədqiq edib və yer qabığının müxtəlif laylarından çıxan zaman bu titrəyişlərin təsirinə məruz qalan dəyişiklikləri qeydə alıblar.

Mütəxəssislər güman edirlər ki, onların kəşfi Yerin geoloji tarixinin mərhələlərini öyrənməkdə kömək edə bilər.

Sizin Reklam Yeriniz