Əlaqə Arxiv
news Image
2015.02.11
10:10
| A A A
Kompüter sosial şəbəkə istifadəçilərinin emosiyalarını dəyərləndirəcək

Amerikalı alimlər kompüterlərin istifadəçilər tərəfindən dərc edilən təsvir və fotoşəkillərini (bu, mətnlərə aid deyildir) ötürdüyü zaman informasiyanı analiz edə bilən üsul hazırlayıblar.

Tədqiqatçılar bildirirlər ki, indi sosial şəbəkə istifadəçiləri tez-tez öz hisslərini və emosiyalarını mətn məlumatları ilə deyil, təsvir və ya fotoşəkillər vasitəsilə ifadə edirlər. Bu səbəbdən, istifadəçilərin dərc etdikləri kontentin (məzmun) analizi xeyli çətinləşir və insanların real ovqatını əks etdirmir.

Alimlər yeni üsul kəşf edib və onun sayəsində kompüterlər fotoşəkilləri analiz edə və emosiyaları dəyəndirə biləcək. Mütəxəssislər yeni alqoritmlərin hazırlanması və kompüterlərin "öyrədilməsi"zamanı rəqəmli fotoqrafiya və videoroliklərin saxlandığı SentiBank məlumatlar bazası və Flickr fotohostinqindən istifadə ediblər. Müəlliflər bildirirlər ki, yeni üsuldan, məsələn, prezident seçkiləri ərəfəsində seçicilərin əhval-ruhiyyəsini müəyyənləşdirməkdə istifadə etmək olar.

Sizin Reklam Yeriniz