Əlaqə Arxiv
news Image
2015.02.12
09:35
| A A A
Böyük Partlayış olmayıb?

Kvant tənliyinin proqnozuna görə, Kainatın nə əvvəli olub, nə də sonu olacaq.Kainat əbədi mövcud ola bilər. Bu barədə Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əlavə edilən yeni modeldə deyilir. Model həmçinin, mahiyyət etibarilə, çoxlu sayda problemləri həll edərək, tünd materiya və tünd enerjini də izah edə bilər.Ümumi nisbilik nəzəriyyəsinə görə, Kainatın yaşı 13,8 milyard il təşkil edir. Güman edilir ki, başlanğıcda bütün mövcud olanlar bir sonsuz sıx nöqtəni və ya sinqulyarlığı (riyazi funksiyanın sonsuzluğa meyl etdiyi nöqtə) əhatə edib.Yalnız bundan sonra nöqtə "Böyük Partlayış"da genişlənməyə başlayaraq Kainatın rəsmi başlanğıcını qoyub.Böyük Partlayışın sinqulyarlığının birbaşa yaranmasına və ümumi nisbilik nəzəriyyəsinin labüd olmasına baxmayaraq, bəzi alimlər onu problemli hesab edirlər, çünki riyaziyyat Böyük Partlayış baş verən vaxt və ya sinqulyarlığa qədər olan vaxta kimi yox, bundan dərhal sonra nə baş verdiyini izah edə bilir.Tədqiqatçılar hesab edirlər ki, Böyük Partlayışın sinqulyarlığı Kainatın nə əvvəlinin, nə də sonunun olduğunu göstərən yeni model vasitəsilə həll edilə bilər.Fiziklər vurğulayıblar ki, onların kvant düzəliş şərtləri Böyük Partlayışın sinqulyarlığını xüsusi olaraq ləğv etməklə bağlı olan bu hal üçün istifadə edilimir. Onların işi fizika fəlsəfəsində də böyük əməyi olan nəzəriyyəçi fizik Devid Bomun ideyalarına əsaslanır. Bom 1950-ci illərdən başlayaraq, klassik geodeziya xətlərinin (kürəvi səthdə iki nöqtə arasındakı ən qısa məsafə) kvant trayektoriyaları ilə əvəzlənməsini tədqiq edib.Alimlər öz işlərində Bomun bu trayektoriyalarını 1950-ci illərdə Amal Kumar Rayçaudhuri tərəfindən hazırlanmış tənliyə tətbiq ediblər.Fiziklər ümumi nisbilik nəzəriyyəsi kontekstində Rayçaudhurinin tənliyindən istifadə edərək, Kainatın (o cümlədən Böyük Partlayışın) genişlənməsi və inkişafını təsvir edən Fridmanın düzəliş verilmiş kvant tənliyini alıblar. Bu, kvant cazibəsinin əsl nəzəriyyəsi olmasa da, modeldə hər iki nəzəriyyənin (kvant nəzəriyyəsi və ümumi nisbilik nəzəriyyəsi) elementləri olmayıb. Əhməd Fəraq Əli və Surya Das isə izah ediblər ki, klassik geodeziya xətləri və kvant trayektoriyaları arasında əsaslı fərq olması səbəbindən onların modelləri sinqulyarlıqdan qaçmağa imkan verir. Klassik geodeziya xətləri son nəticədə bir-biri ilə kəsişir və onların üst-üstə düşdyü nöqtələr sinqulyarlıq adlanır. Bundan fərqli olaraq, Bom trayektoriyaları bir-birilə kəsişmir, buna görə də tənliklərdə sinqulyarlıq görünmür.Alimlər izah edirlər ki, kosmik şəraitdə kvant düzəlişləri daimi kosmik hədd (tünd enerji olmadan) və radiasiya müddəti kimi nəzərdən keçirilir. Bunlar Kainatı son ölçüdə saxlayır və müvafiq olaraq, ona əbədilik verirlər. Bu şərait həmçinin kosmik cəhətdən daimi və sıx olan Kainatın cari müşahidələri ilə də uzlaşır.Model fiziki baxımdan Kainatı kvant mayesi ilə dolu kimi təsvir edir. Alimlər güman edirlər ki, bu maye qravitonlardan- ağırlıq qüvvəsini təmin edən hipotetik (fərziyyəyə əsaslanan) kütləsiz hissəciklərdən ibarət ola bilər. Əgər qravitonlar mövcuddursa, onlar kvant cazibəsi nəzəriyyəsində başlıca rol oynayır.

Sizin Reklam Yeriniz