Əlaqə Arxiv
news Image
2015.02.11
18:30
| A A A
Mark Zukerberq erməni qonşusu ilə çəkişir - FOTO

ABŞ-ın Kaliforniya ştatında, Santa-Klara bölgəsində yerləşən kiçik Palo-Alto şəhərində yeni məhkəmə qalmaqalı yaranıb.

Bu dəfə çəkişənlər Facebook sosial şəbəkəsinin banisi və rəhbəri Mark Zukerberq ilə onun qonşusu Mirça Voskerçyandır.

Atası erməni, anası rumın olan kompüter texnologiyaları mütəxəssisi M.Voskerçyanın dediyinə görə, Zukerberq onu aldadıb, fırıldaq edib.

Mark Zukerberq Facebook-un mərkəzi ofisindən cəmi 10 dəqiqəlik məsafədə olan Menlo-Park səmtində malikanəni alanda sakitlik, rahatlıq axtarırdı.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, bu bölgə San-Fransisko şəhərindən 43 km cənubda, San-Xose şəhərindən isə 20 km şimalda yerləşir.

Zukerberq bəyəndiyi malikanəni 8 milyon dollara əldə edəndən sonra tam rahatlıq və sakitliyə nail olmaq üçün qonşuluqdakı 3 malikanəni 10,5 milyon, 14 milyon və 14,5 milyon dollara almışdı.

Mirça Voskerçyanın villası isə Zukerberiqin evi ilə üzbəüzdür.

Voskerçyanın həyətindən Zukerberqin evi, daha doğrusu, onun yataq otağının pəncərəsi aşkar görünür. Bu səbəbdən də Facebook-un sahibi özünü narahat hiss edib, Voskerçyana villasını ona satmağı təklif edib.

Mirça Voskerçyan və xanımı Yeva təklifi qəbul ediblər.

Amma indi onlar Zukerberqi məhkəməyə veriblər.

"Mark Zukerberqə demişdik ki, ona villamızı yalnız o şərtlə sata bilərik ki, Mirçanı Silikon vadisində məşhur informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə tanış etsin. Zukerberqin yardımçıları bu təklifi qəbul etdilər. Amma sonra hər şeyi "unutdular" və biz də villanı satmaqdan imtina etdik. Fəqət Zukerberqin vəkilləri bizi fırıldaqçılıqda suçladıqları üçün "oyun" dəyişdi. Zukerberqi məhkəməyə vermişik. O, bizdən üzr istəməli, mənəvi sarsıntılarımıza görə təzminat ödəməlidir", - Yeva Voskerçyan deyib.

Mark Zukerberqin vəkilləri durumu şərh etməkdən boyun qaçırıblar.

Lakin qalmaqal bununla başa çatmayıb.

Mirça Voskeryan malikanəsinin yerində lüks villa tikdirərək binanı 33 milyon dollara satmaq niyyətindədir. Onun "layihə"sini developer və rieltor saytlarında "Mark Zukerberqin malikanəsi ilə üzbəüz, onun həyətinə baxan villa satılır" elanı yerləşdirməsi Facebook-un sahibinin səbr kasasını daşdırıb.


Sizin Reklam Yeriniz