Əlaqə Arxiv
news Image
2015.02.12
15:40
| A A A
Həbsxanaya Düşmüş 11 Məşhur Qadın və törətdiyi cinayətlər-FOTO

Həbsə girmək demək olar ki, hər kəsin dünyada ən çox qorxduğu şeylərdən biridir. Azadlığın bitməsi, aşağı həyat şəraiti, dəmir barmaqlıqlar arxasında keçən günlər hər kəs üçün həddindən artıq çətin olsa da, olduqca lüks günlər keçirməyə alışmış məşhur xanımlar üçün bu daha da qəribə bir əziyyətə çevrilə bilir. Bir çox məşhur qadın bir-birindən dəyişik cinayətlərə imza ataraq bu çətinlikli müddəti yaşayıblar. Movqe.az qısa ya da uzun dövr həbsxana ranzasında yatmış 11 məşhur qadını təqdim edir..









1. Paris Hilton





















Paris Hilton, 2006-ci ildə içkili halda maşın sürərkən tutulmuşdu. Mühakimə nəticəsində üç il nəzarət altında tutulmaq üzrə şərtli azad edilmiş və alkol müalicəsi almağa başlamışdı. Lakin şərtli azadlığa uyğun davranmadığı üçün 45 günlük həbs cəzasını çəkməyə məhkum oldu.



2. Lindsay Lohan





















Məhkəmə, 2007-ci ildə içkili halda maşın sürməkdən və 2010-ci ilin başında oğurluq günahından şərtli azadlıq şərtlərini pozan Lohanın 30 gün həbs yatmasına hökm vermişdi.



3. Ebru Şallı





















Ebru Şallı kokain istifadə etdiyi səbəbiylə 1999-ci ildə İstanbulda nəzarətə alınıb, ardından həbs edilərək Bakırköy Qadın və Uşaq həbsxanasında 15 gün qalmağa məhkum edilmişdi.

Həbsdən çıxdıqdan sonra verdiyi müsahibədə "Düşündüyümdən fərqli idi. 8-ci kamerada qaldım. Pisin yaxşısı idi. Amma insan nə yemək yeyə bilir, nə yata bilir orda. İçəridəkilər günahsız insanı gözündən anlayıb daha içdən davranırlar. Vejetaryenəm deyə mənə normal yeməklər hazırladılar. Filmlərdəki qədər pis deyildi. Hilton da deyildi təbii." demişdi.



4. Martha Stewart






















Pul pulu çəkər deyərək birjaya qollarını suvayan; ev əşyası istehsal edən şirkətlər nəhənginin sahibi və televiziya proqramçısı Martha Stewart, birjada investisiya etdiyi şirkətlərlə əlaqədar içəridən məlumat sızdırdığı və bazarı bulandırdığı səbəbiylə 2004-ci ildə 5 ay həbsdə yatmışdı.


5. Bülent Ersoy





















1980-ci ildə inqilab dövründə evinə gələn hakimi təhqir etdiyi səbəbiylə 11 ay 20 gün həbsə məhkum edilmişdi, bu cəza 45 gün sonra təxirə salınmışdı. Daha sonra Kuşadasında tətildə olarkən bir jurnalistə hücum edib, fotoaparatını qırması səbəbi ilə Söke həbsxanasındakı qadınlar kamerasına qoyulmuş və orada da 2 ay həbs yatmışdı.


6. Winona Ryder






















Los Angelesin ən seçkin səmti Beverly Hillsdəki Saks Fifth Avenue mağazasından, 5 min 500 dollarlıq paltar, çanta, saç rezini və corab oğurlamaqdan həbsə düşmüşdü.


7. Tuğba Özay






















Tuğba Özayın həbsə girmə səbəbi isə sevgilisi Akın Büyükoğlunu vurması üçün bir cinayətkarla razılaşması olmuşdu.


8. Amy Winehouse






















2011-ci ildə həddindən artıq dozada narkotikdən istifadə etiyi üçün itirdiyimiz Winehouse, 2007-ci ildə Norveçdə əri ilə birlikdə narkotik saxlamaqdan həbs olunmuş, daha sonra isə pul cəzası ilə sərbəst buraxılmışdı.


9. Deniz Seki



 


Ən yaxından şahid olduğumuz ad isə Deniz Sekidir. Narkotik ticarəti ilə məşğul olmaqdan əvvəlcə 6 il 3 ay cəza aldı, sonra isə 7 ay həbs cəzası çəkdikdən sonra azad olundu. Sonrasında məhkəmənin davam etməsi nəticəsində təkrar günahkar hesab edildi lakin bu dəfə Deniz Seki qaçmağı bacardı. Uzun bir müddət qaçaq olaraq gizləndikdən sonra keçdiyimiz günlərdə təkrar həbsə salındı.


10. Afife Jale






















Türk teatrının ilk Türk qadın oyunçusu Afife Jale, kokain istifadəetməsi səbəbiylə və o dövrlərdə Türk qadınlarının səhnəyə çıxma sı qadağan olduğu üçün bir neçə dəfə nəzarətə alınmışdı. Hətta çox vaxt da həbsdə yatdı.



11. Naomi Campbell






















Qərbi Afrika ölkəsi Sierre Leoneda almaz ehtiyatlarına görə çıxan vətəndaş müharibəsində 120 min nəfər ölmüşdü. Üsyançıları almazlar qarşılığında silahlandırmağda təqsirkar hesab edilərək mühakimə olunan köhnə Liberiya prezidenti Charles Taylorun, 1997-ci ildə top model Naomi Campbellə kəsilməmiş nəhəng bir almaz hədiyyə etdiyi ortaya çıxdıqdan sonra məşhur modelə məhkəmə yolu görünmüşdü. Şahid olaraq dinlənilən Campbell, "Daşın almaz olduğunu və kimin göndərdiyini bilmirdim" demişdi.




Sizin Reklam Yeriniz