Əlaqə Arxiv
news Image
2015.02.12
21:00
| A A A
Seks oyuncaqları hava limanında mübahisəyə səbəb oldu

Danimarkalı bir cütlüyün əl çantalarında olan seks oyuncaqları hava limanında mübahisə yaratdı.

Movqe.az xəbər verir ki, Danimarkanın Cənub Jylland bölgəsində yaşayan bir cütlük, çantalarındakı seks oyuncaqlarına görə Sönderborg hava limanında təhlükəsizlik idarəsi tərəfindən saxlanılıb.


Bir televiziya kanalında "50 Shades of Grey" (Bozyun Əlli Çaları) adlı axşam proqramına qatılacaq olan cütlüyün əl çantası təhlükəsizlik idarəsindən keçərkən içindəki seks oyuncaqları, xüsusilə qandallar təhlükəsizlik idarəsinin işçilərinin diqqətini çəkib. Seks oyuncaqlarının bir TV proqramında istifadə olunacağını öyrənən təhlükəsizlik işçiləri Christian və Cia adındakı cütlüyə qandal və bənzəri alətlərlə təyyarəyə minmənin qadağan olduğunu ifadə edərək, çantanın baqaja verilməli olduğunu bildiriblər.


"HƏM BİZ utandıq, HƏM DƏ təhlükəsizlik işçiləri"

Christian adındakı sərnişin çantasındakı vəsaitləri çıxarılarkən həm özünün və sevgilisinin, həm də təhlükəsizlik işçilərinin üzlərinin və qulaqlarının qızardığını ifadə edərək "təhlükəsizlik işçiləri çantamızı açanda gözləri fal daşı kimi açıldı və qulaqları qızardı. Təbii bizim də elə. Sürətli bir şəkildə oyuncaqların bir TV proqramında istifadə olunacağını izah etməyə çalışarkən, digər sərnişinlər bizə qəribə baxdılar. Utanmadım desək yalan olar amma çantamıza nəzarət edən təhlükəsizlik işçiləri də seks oyuncaqlarına böyük maraq göstərdi "deyib.


Christian adındakı sərnişin gündəlik işinin seks oyuncaqlarını satışa çıxarmaq olduğunu bildirib. Söz gedən cütlük çantalarını normal baqaja verdikdən sonra təyyarəyə minə biliblər və Kopenhagendəki proqrama çatıblar.



Sizin Reklam Yeriniz