Əlaqə Arxiv
news Image
2015.02.13
12:30
| A A A
İnsansız hava təyyarələri Sinqapurda ofisiant olaraq istifadə edilməyə başlanıb-FOTO

"Infinium Robotics" adlı firmanın inkişaf etdirdiyi "drone"lar, Sinqapurdakı bir restoranda ofisiantlıq etməyə başlayıb.

Move.az xəbər verir ki, İnsansız hava vasitələri olan "drone"lar, 2014-ci ilin ən diqqət çəkici məhsullarından biri olaraq texnologiya dünyasına daxil etmişdi. Facebook və Amazon kimi nəhəng şirkətlərin "drone"ları test edib yük çatdırılması üçün istifadəyə başlaması, bu texnologiyanın irəliləyən günlərdə istifadəyə buraxılacağının isbatı idi. "Drone"lar, sadəcə böyük şirkətlərin radarına girmiş deyildi, həmçinin kiçik firmalar da bu məhsulu yavaş yavaş öz sektorlarında istifadə etməyə başladılar. Bununla əlaqədar ən yeni nümunələrdən bir dənəsi Singapurdan gəlib.

Sinqapur mərkəzli "Infinium Robotics" adlı firmanın inkişaf etdirdiyi "drone"ların, yenə Sinqapurda olan bir restoranda ofisiantların işlərini yerinə yetirməsi üçün istifadə edilməyə başlanılıb. "Timbre @ The substation" adlı restoran, sifarişləri aparıb boş qabları gətirməsi üçün ofisiant olaraq "drone"lardan istifadə etməyə başlayıb.

"Infinium Robotics" şirkətinin icraçı direktoru olan Woon Junyangın verdiyi məlumatlara görə "drone"lar, öz ətrafına davamlı olaraq nəzarət etməsini təmin edən sensorları içində saxlayırlar. Bu sayədə müştərilər ya da restoranda çalışan digər şəxslərlə toqquşmasının qarşısı alınır.

Hərəkət istiqaməti hələlik məhdud olan "drone"lar, qabları stolun üzərinə yerləşdirəcək texnolojik səviyyəyə sahib deyillər. "Drone"ların daha çox funksiya qazanmasıyla birlikdə irəliləyən zamanlarda bir çox firma tərəfindən istifadə edilməsi gözlənilir.



Sizin Reklam Yeriniz