Əlaqə Arxiv
news Image
2015.02.16
09:00
| A A A
Türkiyəni utandıran Google axtarış nəticələri-FOTO

Türkiyə, Mərsinin Tarsus bölgəsində vəhşi bir cinayətə qurban gedən Çağ Universiteti Psixologiya fakültəsi tələbəsi olan 20 yaşındakı Özgecan Aslanın yasını tutarkən, axtarış mühərriki Google-də "təcavüz" sözüylə bağlı olaraq axtarılanlar, Türkiyəni utandıracaq təəccüblü nəticələri gözlər önünə sərib .


Movqe.az xəbər verir ki, Google-nin, internet istifadəçilərinin axtarışlarını paylaşdığı proqramı "Google Trends", Türkiyədə təcavüz ilə əlaqədar aparılan axtarışların böyük bir qisminin pornoqrafik məzmunlu olduğunu ortaya qoyub.


Qadına yönləndirilmiş ən ağır cinayətlərdən biri olan təcavüz ilə əlaqədar axtarışlarda da utandıran nəticələr ortaya çıxıb.


Buna görə 2004-ci ildən günümüzə qədər keçən müddət ərzində Türkiyə əsaslı aparılan "təcavüz" axtarışlarında istifadəçilər sırasıyla bu sözləri də axtarıb: "Təcavüz porno", "təcavüz izlə", "zorla təcavüz", "təcavüz sex", "təcavüz pornosu", "təcavüz porno izlə ", "porno izlə "...


Təcavüz və cinsi istismar kimi cinayətlərin, pornoqrafiya ilə bərabər görüldüyünü ortaya qoyan bu araşdırma ayrıca təcavüz sözünün illər içərisindəki axtarış həcmini də ortaya qoyub.


Tecavüz sözünün 2004-ci ildən günümüzə qədərki axtarılma həcmi:



Sizin Reklam Yeriniz