Əlaqə Arxiv
news Image
2015.02.16
10:17
| A A A
Fotoşəkilləriniz internetdən silinə bilər

İnternetin atası olaraq bilinən Vinton Cerf, yaxında rəqəmsal mühitdəki fotoşəkil və faylların açılamayacağı mövzusunda xəbərdarlıq edib.


Movqe.az xəbər verir ki, İnterneti kəşf edən ABŞ-lı Vinton Cerf, yaxınlaşan rəqəmsal qaranlıq dövrə qarşı xəbərdarlıq edib. İnternetin atası olaraq da xatırlanan Cerf, rəqəmsal mühitdə olan bütün fotoşəkillərin basılması lazım olduğunu, yoxsa tamamilə silinəcəklərini bildirib. Google firmasının da prezident köməkçisi olan Cerf, XXI əsrin internetin "qaranlıq dövrü" olacağını deyib.



Həll edə bilməsək qaranlıq dövr gələcək


Texnologiyanın çox sürətli inkişaf etdiyini deyən Cerf, elə bu səbəbdən də bir müddət sonra köhnə fotoşəkilləri göstərəcək olan texnologiyanın yox olacağı mövzusunda xəbərdar edib. "Kağıza basmasanız fotoşəkilləriniz sonsuza qədər silinəcək" deyən internet mütəxəssisi əlavə olaraq, "Bir həll yolu tapmasaq XXI əsr rəqəmsal mühitdəki bütün məlumatların silinəcəyi qara dəliyə çevriləcək. Gələcək nəsillər bu dövrdə nələr etdiyimizi bilməyəcək "deyib.



Sizin Reklam Yeriniz