Əlaqə Arxiv
news Image
2015.02.16
13:00
| A A A
"Magna Carta"nın 700 İllik nüsxəsi tapıldı

İngiltərədə bir bələdiyyənin arxivindəki dəftərin arasında 700 illik orijinal Magna Carta nüsxəsi tapılıb.


Movqe.az xəbər verir ki, Tarixi sənədlə bağlı açıqlama verən İngiltərənin şərqindəki Şəhər İcra hakimiyyəti (KCC), araşdırmaçıların bələdiyyəyə aid "Şəhər Tarixi və Kitabxana Mərkəzi"nin (KHLC) arxivində bir dəftərin içərisində "Magna Carta"nın nüsxəsi olan orijinal bir sənəd tapdığını açıqlayıb. Magna Carta Proyektində araşdırmaçı olaraq işləyən Sophie Ambler, sənədin 1215-ci il tarixli "Magna Carta"nın XIII əsrdəki 24-cü nüsxəsi olduğunu qeyd edib.


Təxminən 50 santimetr uzunluğundakı sənədin üçdə birinin əskik olduğunu ifadə edən Ambler, sənədin islandığı üçün zərər gördüyünü və üzərindəki krallıq damğasının silindiyini bilirərək, ancaq sənədin nəşr tarixinin oxuna bildiyini qeyd edib.


Tarixçilər, yeni tapılan sənədin dövrün İngiltərə Kralı Johnun ilk "Magna Carta"yı imzalamasından 85 il sonra, Kral Johnun nəvəsi olan İngiltərə Kralı I Edward dövründə basıldığını bildirib.Bələdiyyənin arxivlərini axtaran KCC Tarixçi Dr.Mark Bateson tərəfindən tapılan sənəd, həmçinin 2007 -ci ildən bu yana kəşf edilən ilk "Magna Carta" nüsxəsi olma xüsusiyyətini daşıyır. 1215-ci ildə İngiltərə kralı John tərəfindən imzalanan Magna Carta ilə Birləşmiş Krallıqda ilk dəfə kralın səlahiyyətləri azaldılaraq, xalqa əsas hüquq və azadlıqlar tanınmışdı. Magna Carta, günümüzdəki konstitusiya nizamının əmələ gəlməsi prosesində ən əhəmiyyətli sənədlərdən biri olaraq qəbul edilir və bu il "Magna Carta"nın 800-cü ili qeyd olunur.


Sizin Reklam Yeriniz