Əlaqə Arxiv
news Image
2015.02.16
14:20
| A A A
Nike + Fuelband tətbiqi "Healthkit"ə birləşdirildi, bilərziyə ehtiyac qalmadı.

İstifadəçilərin fəaliyyətlərini yaxından təqib etməyə yarayan məşhur fəaliyyət təqib tətbiqi "Nike + FuelBand"ın iOS tətbiqinə yeniləmə gəldi və bu yeniləməylə birlikdə tətbiq "Healthkit"ə birləşdirildi.


Movqe.az xəbər verir ki, Yeniləmədən əvvəl "Nike + FuelBand" proqramından istifadə etmək istəyənlərin Nikenin FuelBand biləkliyini sahib olması lazım idi. Ancaq "iPhone 5S"dən sonrakı iPhone modelləri hazırda addım saya bilmə qabiliyyətiylə birlikdə gəldi və bu da bilərziyin niyə alınmalı olduğu mövzusunda sual işarələri buraxdı. Bilindiyi üzrə iOS 8 ilə birlikdə 3-cü növ tətbiqlərə ehtiyac duymadan addımları saya bilən və göstərə bilən iPhone, Healthkit üzərindən digər tətbiqlərlə ünsiyyət quraraq bütün məlumatları bir nöqtədə toplaya biləcək hala gəlib.


Yeniləməylə birlikdə "Nike + FuelBand", iOS 8 -in bu nemətlərindən faydalanır və Healthkit tətbiqiylə birləşərək digər Nike tətbiqləriylə məlumat mübadiləsi edə bilir. Beləliklə, bir tətbiqdə aparılan fəaliyyət digər tətbiqlərdə də görülə bilər. Həmçinin, bütün tətbiqlərdə tutulan statistikalara tək bir yerdən baxmaq olar. Bu yeniləməylə birlikdə Nike-nin bilərziyi də "məcburi" olmaqdan çox "opsiyonel" (istəyə bağlı) bir aksessuara çevrilib. Digər tərəfdən araşdırmalar göstərir ki, ağıllı telefonların etdiyi addım ölçmələr, bilərziklərin etdikləri ölçmələrə nisbətən daha müvəffəqiyyətlidir. Bunun ən böyük səbəbi isə insanların telefonlarını daha çox yanında saxlamaları və bilərziklərini davamlı olaraq taxmağı unutmalarıdır.



Sizin Reklam Yeriniz