Əlaqə Arxiv
news Image
2015.02.17
18:20
| A A A
Niaqara şəlaləsi dondu - FOTO

Amerika Birləşmiş Ştatlarının Atlantik okean sahillərində soyuq hava kütlələri bir neçə ştatı öz cənginə alıb.

Movqe.az xəbər verir ki, Paytaxt Vaşinqtonda qar çovğunu ilə əlaqədar olaraq federal iş yerləri bağlanıb, hava limanlarında isə 2600-dən çox aviareys təxirə salınıb.

Şimali Karolina, Virciniya, Missisipi, Corciya, Kentukki və Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. Qarlı və şaxtalı havadan Missuri, Arkanzas, İllinoys, Tennessi, Kentukki, İndiana və Ohayo ştatları da əziyyət çəkir. Arkanzasda məktəblər bağlanıb. Bəzi ştatların hava limanları məhdudiyyətlərlə işləyir.





Pensilvaniya ştatının Filadelfiya şəhərində şaxtalı hava hətta yaşayış evlərinin və digər tikililərin buz qatı ilə örtülməsinə səbəb olub. Yağan qar və şaxta bir neçə gün əvvəl binalardan birində baş vermiş yanğının söndürülməsinə də kömək olub.

ABŞ-Kanada sərhədində yerləşən Niaqara şəlaləsi də şaxta səbəbindən donub. Lakin bu, həmin ərazidə turistlərin sayını azaltmaqdan daha çox, onların marağını artırıb.

Sinoptiklər bölgədə qarın hündürlüyünün 30 santimetrə çatacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, fevralın 14-də ABŞ-ın 8 ştatında qar çovğunu zamanı 25 nəfər ölmüşdü

Sizin Reklam Yeriniz