Əlaqə Arxiv
news Image
2015.02.18
10:20
| A A A
Bu dünyada üzməyi istəməyəcəyiniz 7 çox təhlükəli su-FOTO

Movqe.az təhlükəli sular haqqında maraqlı xəbər tədim edir.
















Mumbai Plajları

                                          

Hindistandakı çimərliklər, dünyanın çirklilik dərəcəsi ən yüksək olan çimərliklərindən biri hesab edilir.


Nyu Smyrna Çimərliyi

                                         

Floridada olan bu çimərlik əslində tam bir təbiət möcüzəsidir. Ancaq əlbəttə ki, çox təhlükəlidir. Inanılmaz dərəcədə köpekbalığına ev sahibliyi edir bu çimərlik. Bu köpekbalığlarının insanlara qarşı ölümlə belə nəticələnmiş olan saysız hücumları var.


Samaesan Dəliyi

                                          

Tayland körfəzində olan bu dəlik, bir növ dalğıclar üçün də ən çətin səviyyə olaraq qəbul edilir. Burda dərinliyə dalmaq çox təhlükəlidir. Dəliyin dərinliyinə görə bir çox fiziki çətinlik yaranır və çox təhlükəli nəticələr doğa bilir.


Yenisei çayı

                                           

Bu çay dünyanın ən böyük çaylarından biridir. Eyni zamanda təbii bir gözəlliyi var. Ancaq çox təhlükəlidir çünki çox böyük radiasiya şüalarına sahibdir.


Eagles nest Dəliyi

                                           

Bu dəlik, "dağcılığın Everesti nəysə, dalğıçlığın Everesti də budur" şərhlərinə sahibdir. Dəliyin 94 metrlik bir dərinliyi var. 1999-ci ildə, saysız dalğıc ölümü səbəbiylə bağlanılan dəlik, 2003-ci ildə təkrar xalqa açılıb. Dəliyin diblərində belə xəbərdarlıq lövhələri var. Ödənişi isə gündəlik 3 dollardır. Dəliyin diblərində belə xəbərdarlıq lövhələri var.


Kipu Şəlaləsi

                                            

Havaiidə olan bu təbiət möcüzəsi şəlalənin, elmi olaraq həddindən artıq açıqlana bilməyən ölümlərə səbəb olduğu bilinir. Suya girirsiniz və birdən su sizi dərinə çəkir. Saatlar sonra bədəniniz ən dibdə tapılır. Bəzi yerlilər isə, bir növ antik timsah olan "moo" adını verdikləri bir lənət olduğunu deyirlər.


Hanakapiai Çimərliyi

                                           

Gəldik ən təhlükəli sulara ... Yenə Havaiidə olan bu mükəmməl çimərlik, inanılmaz sayda çox şiddətli və ani girdablarına görə çox təhlükəli hesab olunur. Çimərliyin ətrafında 80-dən çox "təhlükə" lövhələri var. Burda suda nə etməlisiniz təkliflərindən çox, suya qətiliklə yaxınlaşmayın kimi xəbərdarlıqlar mövcuddur!



Sizin Reklam Yeriniz