Əlaqə Arxiv
news Image
2015.02.18
11:00
| A A A
Ebolaya çarə aprel ayı sonunda tapıla bilər

Ebola virusunu məğlub etmək məqsədi ilə iş aparan elm adamları, virusun quruluşunu ən gec 15 aprel tarixinə qədər tam olaraq kəşf edəcəklərini və bu tarixlərdə də çarəsinin taplacağını bildiriblər.

Movqe.az xəbər verir ki, virusun quruluşunu müəyyən etmək üçün aparılan araşdırmalar ABŞ, Fransa, Almaniya və İsveçrədə davam etdirilir. Işlərini davam etdirən elm adamları virusun quruluşunu ən gec 15 aprelə qədər tam olaraq kəşf edəcəklərini və peyvəndini də aprel ayı sonunda tətbiq etməyə başlayacaqlarını açıqlayıblar.


9 min adam həyatını itirib


Dünya Sağlamlıq Quruluşundan (OMS) verilən açıqlamaya görə, ebola virusu səbəbi ilə 9 ölkədə 9 min 177 adam həyatını itirib. Eboladan ən çox təsirlənən ölkələr olaraq isə Sierra Leone, Liberiya və Yeni Qvineyanın adları açıqlanıb.



Sizin Reklam Yeriniz