Əlaqə Arxiv
news Image
2015.02.18
12:20
| A A A
2015-ci ilin ulduzu Chia toxumu-FOTO

Bizim son illərdə ancaq fərqinə varıb mətbəximizdə istifadə etməyə başladığımız möhtəşəm taxıl olan Chia toxumu (Chia seed) və ya digər adıyla Chia çəkirdəyi, əsasında isə Aztek və Mayaların dayanıqlılıq, enerji və qüvvətli strukturlarının sirrli qaynağıdır!

Movqe.az xəbər verir ki, "Kadıköy Florence Nightingale Xəstəxanası"nda, qidalanma və pəhriz mütəxəssisi olan Güzin Çaltı Yenər bu möcüzəvi toxumun xüsusiyyətlərindən bəhs edib.

Danıqlılıq və güc qazanmaq üçün "Chia çəkirdəkləri" istifadə edin!

Xüsusilə yüksək lif tərkibi, keyfiyyətli zülal və amin turşusu qaynağı olması və yenə bir çox mineraldan da zəngin bir taxıl olması ilə önə çıxan Chia çəkirdəyinin, salatlar, yumurtalı yeməklər və puddinqlər kimi bir çox yemək çeşidi baxımından da geniş bir istifadə imkanına sahibdir.

Chia toxum toxluq hissi verir!

Ay çəkirdəyi ilə kətən toxumu arası bir görünüşdə olan bu ləzzətli toxumlar öz ağırlığını 80% -ə qədər absorbe (udmaq) etmə xüsusiyyətinə sahibdir! Və bu xüsusiyyət Chia çəkirdəklərinin yüksək lif tərkibindən qaynaqlanarkən eyni xüsusiyyət Chia toxumu ilə hazırlanan yeməklərin də bizə toxluq verməsindəki ən əhəmiyyətli faktordur.

Chia çəkirdəyinin faydaları: Chiayı süfrəmizə əlavə etmək üçün 5 əhəmiyyətli səbəb!

1. Güclü bir antioksidandır.

2. Təbii bir omeqa-3 qaynağıdır.

3. Gündəlik lif ehtiyacımızın böyük bir qisimini qarşılayı, qan şəkərimizi tarazlayır.

4. C vitamini, kalsium, fosfor və dəmir tərkibi ilə həm sümük sağlamlığı, həm də immunitet sistemi dostudur.

5. Zülal tərkibi ilə Chia toxumu veganlar üçün də doğru və sağlam bir seçimdir.



Sizin Reklam Yeriniz