Əlaqə Arxiv
news Image
2015.02.18
13:40
| A A A
ABŞ-lı kanal Obamanı "təcavüz şübhəlisi" elan etdi

"Fox 5 News" kanalı, skandal bir səhvə imza ataraq, ABŞ prezidenti Obamanın fotoşəkilini "təcavüz şübhəlisi" olaraq ekranda göstərib.


Movqe.az xəbər verir ki, ABŞ-nın, verdiyi açıqlamaları və səhvləri ilə çox müzakirə edilən, hökumətə qarşı olması ilə bilinən "Fox 5 News" kanalı, bir daha qalmaqallı bir səhvə imza atıb. Kanalda, təcavüz hadisəsində şübhəli hesab edilən şəxsin fotoşəkilinin göstərilməsi lazım olarkən ABŞ prezidenti Barak Obamanın fotoşəkili ekranda meydana çıxıb.


Axşam saatlarında yayımlanan xəbər əsnasında aparıcı Kathleen Bade, "SDSU"dakı təcavüz iddiasındakı tək şübhəli cəza almayacaq" ifadələrindən istifadə edib. Bu əsnada ekranda Obamanın görünməsi ilə izləyənlər böyük qarışıqlıq yaşayıb.


Edilən səhv canlı yayım əsnasında fərq edilməzkən, səlahiyyətlilər fotoşəkilin qəsdən istifadə edilmədiyini vurğulayıb.



Sizin Reklam Yeriniz