Əlaqə Arxiv
news Image
2015.02.18
15:00
| A A A
Marsda yaranan əsrarəngiz sis buludu nə mənaya gəlir?-FOTO

Marsın üzərində göstərilən əsrarəngiz sis buludu, elm adamlarını çaşdırıb. Görüntüləri araşdıran elm adamları, bu buludun necə meydana gəldiyinə aid bir açıqlama tapmağa çalışır.

Movqe.az xəbər verir ki, marsda yaranan əsrarəngiz buludun ilk olaraq 2012-ci ildə həvəskar müşahidəçilər tərəfindən təyin edildiyi və sonrasında iki dəfə daha görüldükdən sonra itdiyi ifadə edilib.

2012-ci ildəki və keçdiyimiz günlərdə çəkilən bütün şəkilləri araşdıran mütəxəssislər, təbəqənin bir kilometr boyunca uzandığını və bunun indiyə qədər görülənlərin ən böyüyü olduğunu bildiriblər. Mütəxəssislər elm jurnalı "Nature"da dərc olunan məqalələrində, bu təbəqənin bir bulud ya da həddindən artıq parlaq bir işıldama ola biləcəyini bildirib.

Araşdırmaçılar, ancaq bunun Marsın atmosferindəki incə təbəqədə necə meydana gəldiyini bilmədiklərini ifadə ediblər.

Avropa Kosmos Agentliyindən mütəxəssis Antonio Garcia Munoz "Suallar cavablardan daha çoxdur" deyib. Hazırda çox sayda kosmos müşahidəçisi teleskoplarını "Qırmızı Planet"ə yönləndirmiş vəziyyətdədir. Bu müşahidəçilər, bu qəribə buludları ilk olaraq Mart 2012-ci ildə marsın cənub yarıkürəsinin üzərində təsbit ediblər.

Damian Peach buludların ilk fotoşəkilini çəkən müşahidəçilərdən biridir.

Peach, BBC-yə verdiyi açıqlamada, "Planetin yan tərəfindəki bu işığı ilk gördüyümdə, teleskobuma ya da kamerama bir şey olduğunu düşündüm. Amma sonunda digər görüntülərə baxanda, bunun gerçək olduğunu başa düşdüm. Çox qəribədir " deyib.



Sizin Reklam Yeriniz