Əlaqə Arxiv
news Image
2015.02.18
17:40
| A A A
Mişel Obama sarı quşla rəqs etdi - VİDEO - FOTO

ABŞ prezidenti Barak Obamanın xanımı, ölkənin birinci leydisi Mişel Obama populyar "Funny or Die" portalının Vaşinqtondakı marketlərindən birində təşkil etdiyi "Ariande Qrande, yoxsa yerkökü?" şousuna qatılıb.

Movqe.az Milli.Az -a istinadən bildirir ki, Mişel Obama proqramın aparıcısı Billi Eyxnerin təklifi ilə "Big Bird" adlı böyük sarı quş maskotu ilə rəqs edib.

"Flotus" adlı silsilə proqramlar çərçivəsindəki bu şou uşaqların sağlam qidalanmasına təşviqidir.

Şou əsnasında Billi ABŞ-ın birinci xanımından soruşub: "Ariana Qrande, yoxsa yerkökü?" Mişel də gülərək "Yerkökü!" deyib.

Aparıcı Mişel Obamanın cavabını doğru sayıb və ona 1 dollar məbləğində mükafat verib.

Daha sonra isə Mişel Obama "Sezam küçəsi" şousunun personajı "Big Bird" ilə "Aerosmith" qrupunun mahnılarından birinin sədaları altında rəqs edib.



Sizin Reklam Yeriniz