Əlaqə Arxiv
news Image
2015.02.19
17:00
| A A A
"Oturmaq dövrümüzün yeni xərçəngidir."

Mütəxəssislər, oturmanın insanı ölümə aparacaq qədər pis nəticələr doğurduğunu ifadə edib.


Movqe.az xəbər verir ki, "Apple"nin CEO-su Tim Cook, oturmanın dövrümüzün yeni xərçəngi olduğunu bildirib. Cook, "Bir çox həkim, günün böyük hissəsində oturaraq işləmənin və ya zaman keçirmənin xərçənglə ekvivalent olduğunu düşünür" deyib.

Cook, şirkətinin insanlara yerindən qalxıb hərəkətə keçməyi xatırladacaq yeni məhsullar təqdim edəcəyini açıqlayıb və "Apple" saatlara əlavə ediləcək "ayağa qalxma məlumatlandırıcısı"nı nümunə göstərib. Sözü gedən proqram, hər 50 dəqiqədə bir insanlara ayağa qalxıb hərəkət etmələri lazım olduğunu xatırladacaq. Araşdırmalar, gündə 8 saat oturaraq işin və ya hərəkətsiz qalmağın, əzələ əriməsindən ürək narahatlıqlarına qədər bir çox problemə yol açdığını göstərib.


İngilis Professor Ceyms Levine, oturmanın insanı ölümə aparacaq qədər mənfi təsirləri olduğunu ifadə edərək, "yerinizdən tez-tez qalxın" xəbərdarlığını edib.


Sizin Reklam Yeriniz