Əlaqə Arxiv
news Image
2015.02.20
12:20
| A A A
Pilatesə görə beyin mayesi sızdı!

Pilatesin bir çox faydası olduğu bilinir ancaq İngiltərədə bir qadında inanılmaz bir narahatlığa səbəb olub. Uzun sürən testlər nəticəsində gənc qadının başındakı mayenin beynindən sızmasına pilatesin səbəb olduğu aydın olub.

Movqe.az xəbər verir ki, Londonda yaşayan və adı açıqlanmayan qadın pilates dərsinə getməyə başlayıb. Qadın, dərsdə bir neçə hərəkəti etdikdən sonra başında anidən bir ağrı hiss edib amma başını heç bir yerə vurmadığından keçib gedəcəyini düşünüb. Dərsdən çıxdıqdan sonra da uzandığında ağrı artmaqda davam edib. Dərslərə davam edən 42 yaşındakı qadının ağrıları da getdikcə pisləşib. Həkimə gedən gənc qadına əzələ boşaldıcı və bir neçə ağrı kəsici yazılıb, özünə də boyun əzələlərini çox hərəkət etdirdiyi deyilib. Bir neçə seans da fizioterapiya görən qadının ağrıları yenə də davam edib. Daha ətraflı testlər üçün "London Kings College"ə müraciət gənc qadının beyni qoruyan mayesinin onurğadan çölə sızdığı məlum olub. MR nəticələrini görən həkimlər bəzən pilates hərəkətləri sonrasında "serebrospinal" mayedə belə sızıntılar ola biləcəyini və bunun çox təhlükəli olduğunu bildirib.


Xəstə isə bu şəkildə yaralanan ilk insan olaraq qeydə alınıb.



Sizin Reklam Yeriniz