Əlaqə Arxiv
news Image
2015.02.20
15:40
| A A A
Kondisionerlər gedir aynalar gəlir

Səthinə əks olunan işığın 97%-ni əks etdirmə xüsusiyyətinə sahib olan ayna, eyni zamanda istiliyi də kosmosun dərinliklərinə göndərə bilir. Binaları soyuq tutmaq üçün istifadə edilə bilinəcəyi düşünülən güzgülər, yüksək enerji xərcləyən soyutma sistemlərinin xərcini ortadan qaldıra bilər.

Movqe.az xəbər verir ki, araşdırmaçılar, ABŞ-dakı binalarda sərf olunan enerjinin 15%-nin soyutma sistemləri tərəfindən istifadə edildiyinə diqqət çəkərək, aynaların bu xərci ortadan qaldıra biləcəyini ifadə ediblər. Binaların damlarında aparılan təcrübələrdə, qara rəng ilə boyalı səthlərin temperaturu 60, alüminium ilə örtülü səthlər isə 40 dərəcəyə çatarkən, əks etdirmə xüsusiyyəti üstün olan güzgülər 5 dərəcə daha soyuq qalmağı bacarıb.


İstiliyi kosmosa göndərir..


Soyuducu aynaları inkişaf etdirən qrupun başında duran Shanhui Fan, "Əgər binaların damlarındakı müəyyən bölgələri bu aynalarla örtərsək, ciddi bir enerji qənaəti əldə edə bilərik. Bəzi zamanlarda qismən, bəzən də tamamilə soyutma sistemlərini bağlaya bilərik" deyib.

Shanhui Fan və qrupunun inkişaf etdirdiyi ayna, üzərinə düşən görünən işığın yüzdə 97%-ni əks etdirə bilir. Eyni zamanda istiliyi dağıtma xüsusiyyətinə sahib olan ayna, müəyyən bir dalğa boyunda istiliyi infraqırmızı şüa olaraq kosmosun dərinliklərinə göndərir. Çox incə təbəqədən çıxarılan aynanın ilk təbəqəsi əks etdirici gümüşdən ibarətdir. Üst təbəqələr isə silikon dioksid və hafniyum oksid ehtiva edir. Nature jurnalında nümayiş olunan araşdırma, kosmosun qaranlıq bölgələrinin ən isti günlərdə belə yenilənə bilən termodinamik bir qaynaq olaraq istifadə edilə biləcəyi ifadə edilib. Aparlan araşdırmalar və testlər, əks etdirici aynanın kvadrat metr başına 40 Vatt soyutma gücü olduğunu ortaya qoyub. Shanhui Fan, 20-70 dollar xərci olacaq aynaların üç mərtəbəli bir binada hər il 100 MegaVatt saat (MVh) elektrik qənaəti edə biləcəyini ifadə edib.



Sizin Reklam Yeriniz