Əlaqə Arxiv
news Image
2015.02.21
12:30
| A A A
Himalayda “Mars maşınları” gəzəcək

ABŞ və Çindən olan konstruktorlar addımlayan platforması olan robotların (o cümlədən döyüş maşınlarının) hazırlanması üzərində işləyirlər. Ola bilər ki, robotlar üçün sınaq yeri Himalay olacaq.

Insanın əl-ayağı tərbiət tərəfindən dairəvi hərəkətləri də yerinə yetirmək üçün uyğunlaşdırılıb. Məhz buna görə insan əl üçün sapand və ayaq üçün təkəri kəşf edib. Yükü kərənin üzərinə qoyaraq daşımaq əcdadalrımız üçün təbii iş olub və bu, tədricən təkmilləşərək arabaya çevrilib.

Ayaq və pəncələr hər yerdə hərəkət etməyə imkan verir. Məsələn, gepard sürətlə qaçır, buqələmun əlavə olaraq şaquli divarda və həmçinin tavanda asılı qalır.

Yəqin ki, bu cür mexanizm çox lazım olmasa da, məhz addımlayan nəqliyyat vasitəsi artıq çoxdandır ki, bütün dünyanın alim və konstruktorlarının diqqətini cəlb edir. Nəzəriyyədə də olsa, bu cür maşınlar təkər və ya tırtıllarla təchiz edilmiş mexanizmlərlə müqayisədə böyük keçicilik qabiliyyətinə malikdir.

Bununla belə addımlayan robotlar hələlik laboratoriya və poliqonlardan kənara çıxa bilməyib. Yəni onlar istehsal olunub və hətta Amerikanın DARPA Agentliyi robot-qatırın meşədə yüklə hərəkət etdiyi və insanını arxasınca getdiyi təsvir edilən rolik də nümayiş etdirib. Aşan tırtıllı maşın ayağa qalxa bilməsə də, sözügedən "qatır" yıxılarkən ayağa durmağı bacarır. Amma bu cür robot həm çox bahalı alınıb, həmçinin etibarlı olmayıb, eyni zamanda yükü başqa üsullarla da daşımaq olar. Bununla belə, alimlər bu, qeyri-adi hərəkətə malik perspektivli texnika üzərində işləri dayandırmır.

Addımlayan robotlar mövzusu ilə çinli mühəndislər də məşğul olublar. Nankin Texnologiya Universitetindən olan Day Szinzun və bir sıra digər əməkdaşlar addımlayan robotların imkanlarını öyrənirlər. Tədqiqatların istiqamətlərindən biri addımlayan platforma əsasında döyüş maşınının hazırlanması imkanının araşdırılmasıdır.

Artıq üç elmi iş dərc edilib. Özü də bu işlərin məqsədi nəyə görəsə avtomat top nəql edən döyüş maşını, yəni addımlayan piyadaların döyüş maşınına (PDM) oxşayan robot hazırlamaq olub.

Dərc edilmiş materiallarda maşının kinematikası kimi, onun hərəkətlərinin alqoritmləri də nəzərdən keçirilir, amma bütün bunlar hələlik sxem üzərindədir. Nəticədə onun xarici görünüşü və bütün taktiki-texniki xüsusiyyətləri ciddi şəkildə dəyişə bilər. Bu gün isə o, öz qülləsində avtomatik topu olan səkkizayaqlı platforma kimidir. Bundan başqa, robot atəş zamanı yüksək dayanıqlıq üçün dayaqlarla da təchiz edilib.

Aydındır ki, bu cür tərtibatda mühərrik korpusun arxa hissəsində, transmissiya bortlarda, döyüş şöbəsi ortada, idarəetmə isə tankdakı kimi qabaqda olacaq. Onun yanlarında L-şəkilli "ayaqlar" quraşdırılıb, bu isə onları qaldırmağa, irəli aparmağa və səthin üzərinə qoymağa imkan verir. Ayaqların sayı səkkiz olduğuna görə, istənilən halda onlardan dördü yerə toxunacaq, bu isə onun dayanıqlığını artıracaq.

Robotun necə hərəkət edəcəyi isə hərəkət prosesinə nəzarət edən bort kompüterindən asılı olacaq, çünki əgər "ayaqlar" operator tərəfindən idarə edilərsə, o, sadəcə, onları dəyişik salacaq, robotun sürəti isə tısbağa yerişinə çevriləcək.

Dərc edilmiş şəkillərdə təsvir olunmuş döyüş maşını 30 mm-lik avtomatik topla təchiz edilmiş döyüş moduludur. Eyni zamanda o, həmçinin operatora ətrafdakı vəziyyəti müşahidə etməyə, aşkar edilmiş hədəfləri izləməyə və onlara hücum etməyə imkan verən avadanlıqlarla da təchiz edilib.

Güman edilir ki, robotun uzunluğu 6 m, eni isə 2 m olacaq. Kütləsi isə hələlik məlum deyildir. Əgər qabaritlərinə riayət olunarsa, bu, maşını hava nəqliyyatı vasitəsilə daşımağa imkan verəcək və onları hərbi-nəqliyyat təyyarələri və ağır nəqliyyat helikopterləri vasitəsilə nəql etmək mümkün olacaq.

Bəli, çinli mütəxəssislərin bu texnologiyası texniki baxımdan böyük maraq kəsb edir. Hərbi maşın üçün qeyri-adi olan addımlayan hərəkətverici qüvvə, nəzəri baxımdan, maşına təkcə düzənlikdə yox, həmçinin dağlarda yüksək keçicilik xüsusiyyəti verəcək.

Amma burada söhbət məhz dağlıq yerlərdən gedir. Təbii ki, şosse və düzənlikdə təkərli və tırtıllı maşınların hərəkəti addımlayan texnika ilə müqayisədə daha münasibdir. Dağlarda isə bu maşınlar ənənəvi texnikadan daha perspektivli olacaq. Çində isə bunun üçün çox mühüm dağlıq ərazi- Himalay dağları vardır.

Məkanda həm robotun vəziyyətini, həm də onun bütün "ayaqlarını" müstəqil şəkildə dəyərləndirəcək, sonra isə onları sürücünün əmrlərinə və alqoritmlər tərəfindən verilmiş hərəkətə müvafiq olaraq idarə edə biləcək xüsusi elektron idarəetmə sistemindən istifadə etmək lazım gələcək.

Silahla təchizata gəldikdə isə, 30 mm-lik avtomatik top dağlarda piyada hissələrinin hücum etməsi üçün kifayət qədər effektiv vasitədir. Maraqlıdır ki, bu cür robot ona tərəf gələn döyüş sursatlarından mühafizə olunmaq üçün unikal müdafiə sisteminə malikdir. Müdafiə olunmaq üçün o , "yerə uzana" bilir.

Əlbəttə, bu işi bir çox təkərli və tırtıllı digər maşınlar da yerinə yetirə bilir, lakin onlar addımlayan bu robot kimi "cəld "deyildir. Addımlayan döyüş maşını mərminin ona dəymə anında yerə çökə bilir və mərmi onun üzərindən keçir.

Sizin Reklam Yeriniz