Əlaqə Arxiv
news Image
2015.02.23
08:50
| A A A
Adriana Lima, Taksimdə mitinqçilərin arasında qaldı-VİDEO

Bir makiyaj firmasının reklam filmi çəkilişləri üçün İstanbula gələn dünyaca məşhur top model Adriana Lima, Taksimdə mitinqçilərin arasında qalıb.

Movqe.az xəbər verir ki, "Əzilənlərin Sosialist Partiyası" (ESP) üzvü olan bir qrup Taksim Tünəldə toplanaraq Qazi Məhəlləsi hadisələrinin ardından cəsədi kimsəsizlər qəbiristanlığında tapılan Həsən Ocağın iddiasında "zaman aşımı" olmaması üçün İstiqlal prospektində toplanıblar. Bu sırada Tünəldəki tramvayda Adrina Lima və çəkiliş qrupu olub. Reklam çəkilişləri üçün Tünəldə tarixi tramvaya minən dünyaca məşhur model mitinqçilərin arasından keçib.


"ESP"li qrupun Qalatasaray Liseyi önünə gəldiyi anda Limanın da içində olduğu tramvay, mitinqçilərin arasında çətinliklə irəliləyərkən məşhur model də bütün bu olub bitəni tramvayın içindən izləyib. Bu sırada məşhur modeli görmək istəyən mətbuat mənsublarına Limanın çəkiliş qrupunda olan işçilər maneə törətməyə çalışıblar.



Sizin Reklam Yeriniz