Əlaqə Arxiv
news Image
2015.02.23
12:50
| A A A
Coca Colanın böyük sirri deşifrə oldu!

Düsturu ticari sirr olaraq diqqətlə saxlanan sirr deşifrə olub.

Movqe.az xəbər verir ki, Təxminən bir əsrdir dünyanın ən möhkəm qorunan sirlərindən biri deşifrə olmuş ola bilər.

Mark Prendergastın mövzuyla əlaqədar kitabında, şirkətin təhlükəsizlik səbəbiylə yalnız 2 adamın bilməsinə icazə verdiyi Coca Colanın düsturunu həll etdiyini iddia edib.

Şirkətin qurucusunun yazdığı düsturu ələ keçirdiyini iddia edən Prendergast, içkinin içində keşniş, darçın və neroli kimi maddələr olduğunu iddia edib.

Prendergasta görə, bu 7 maddə içkiyə məşhur dadını qazandırıb.

Prendergastın ən diqqət çəkici iddiası isə, şirkətin bu dadları basdırmaq üçün Coca Colanı 24 saat boyunca xüsusi bir yerdə saxladığıdır.

Mark Prendergastın tapdığını iddia etdiyi düstur belədir:

29,5 ml sitrat kafein

29,5 ml Vanil özü

88,7 ml limon turşusu

4/1 misket limonu

14 kq şəkər

9,5 litr su

İllərdir müxtəlif nəzəriyyələrin dəyişməz mövzusu olan və içində olan maddələr haqqında tez-tez fərziyyələr çıxarılan Coca Colanı digər markalardan ayıran ən böyük xüsusiyyəti sahib olduğu daddır.

Içkiyə bu dadı verən bitki maddələrini sirr kimi saxlayan şirkət, bəlkə də dünyanın ən maraqlı sirrini öz CEO-sundan belə saxlayır.


Sizin Reklam Yeriniz