Əlaqə Arxiv
news Image
2015.02.25
09:50
| A A A
Qocalıqda 1 dəqiqəlik idman həyatı xilas edir

Floridadan olan həkimlər ən geniş tədqiqatlardan birini keçirib və müəyyən ediblər ki, hətta bir dəqiqə idman etmək yaşlı adamın həyatını xilas edir və ağır xəstəliklər riskini aşağı salır.

Tədqiqatın gedişində müəyyən edilib ki, miokard infarktından və ya insultdan vaxtsız ölüm riski idmanla məşğul olan adamlarla müqayisədə dəfələrlə yüksək olur. Bu zaman nə gərginlik, nə də məşğuliyyətin davamlılığının təsiri olmayıb. Alimlərin fikrincə, hətta gündə bir dəqiqə idman etmək yaşlı insanı bərpa edə bilir.

Məlum olduğu kimi, məşğələlərin gedişində pensiyaçıların təkcə qan təzyiqi normallaşmayıb, həmçinin xolesterinin səviyyəsi də yaxşılaşıb.

Qeyd edək ki, məşğələ dedikdə ev işləri, bağda iş və s. də nəzərdə tutulur. Bundan başqa, mütəxəssislərin müşahidəsinə görə, müntəzəm olaraq "məşq edən" adamlar fiziki işlərlə məşğul olmayan insanlardan fərqli olaraq yeməklərində də faydalı ərzaqlardan istifadə ediblər.

Sizin Reklam Yeriniz