Əlaqə Arxiv
news Image
2015.02.25
09:55
| A A A
Üç ardıcıl yuxusuz gecə diabetə səbəb ola bilər

Çikaqo Elmi-Tədqiqat İnstitutunun tədqiqatçıları sensasiyalı bəyanatla çıxış ediblər. Onlar bildiriblər ki, kiçik yuxusuzluğa görə hətta sağlam adamda da şəkərli diabet əmələ gələ bilər.

Tədqiqatçılar bu nəticəyə18-30 yaşlı 19 könüllünün iştirakı ilə keçirdikləri bir neçə eksperimentdən sonra gəliblər. Bu adamları iki qrupa bölüblər: birinci qrupda istənilən qədər, ikinci qrupda isə gündə dörd saat yatmaq olardı.

Məlum olub ki, əgər insan bir neçə gün ərzində çox az yatırsa, saat 4-dən 9-a kimi onun qanında yağ turşularının miqdarı təqribən 15-30% çoxalır.

Amma yadda saxlamaq lazımdır ki, qanda yağ turşusunun çoxlu miqdarda olması insulinin qanda şəkərin miqdarını tənzimləməklə bağlı öz funksiyasını pis yerinə yetirməsinə gətirib çıxarır, başqa sözlə, mahiyət etibarilə, diabetərəfəsi vəziyyət yaranır.

Sizin Reklam Yeriniz