Əlaqə Arxiv
news Image
2015.02.26
09:14
| A A A
Çerçillin qanı hərracda satılacaq

Böyük Britaniyanın sabiq baş naziri Uinston Çerçillin qan nümunəsi olan ampula hərraca çıxarılıb. Lotun dəyərləndrmə qiyməti 400-800 avrodur.

Qan nümunəsi 1962-ci ildə o, 87 yaşında olarkən Monte-Karloda omba sümüyü sındıqdan sonra müalicə olunduğu London xəstəxanasında götürülüb.

Ampulanı ləğv etməyi planlaşdırsalar da, tibb bacısı- tələbə qız Patrisiya Fitsgibbon nümunəni ona verməyi xahiş edib və onu bütün ömrü boyu saxlayıb. Tibb bacısı öldükdən sonra Çerçillin qan nümunəsini hərraca çıxarmaq qərarına gəliblər.

" Tarixin bu qədər unikal fraqmentinə dəqiq dəyərləndirmə qiyməti vermək mümkan deyildir"- Duke's hərrac evindən Timoti Medherst bildirib.

Medherstin sözlərinə görə, bu il Çerçillin ölümünün 50 illiyi qeyd olunur və siyasətçinin qan nümunəsi onun ölümünə səbəb olmuş zədə haqda məlumat verir. Hərrac evinin nümayəndəsi lota marağın böyük olacağını gözləyir və ampulanın hərracdan minlərlə funta satılacağını istisna etməyib.

Hərrac martın 12-də Dorsetdə baş tutacaq.

Əvvəllər məlumat verilmişdi ki, Picollecta internet-hərracı hərraca Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin dodaq izləri qalmış salfet kağızı çıxarıb.

Sizin Reklam Yeriniz