Əlaqə Arxiv
news Image
2015.02.26
09:30
| A A A
Əfsanəvi şərabın sirri açılır

Bir min il yarım əvvəl "Qəzzadan olan şərab" bütün Aralıq dənizi sahillərində məşhur olub. Alimlər onun növü və digər xüsusiyyətləri barədə hələlik təsəvvürə malik olmasalar da, bu yaxınlarda Neqevada aşkar edilmiş qazıntılar bunun sirrini açmaqda kömək edə bilər.

Israilli arxitektorlar qədim Halusa şəhərində qazıntı işlərinin gedişində yaşı 1,5 min ildən çox olan kömürləşmiş üzüm çəyirdəkləri aşkar ediblər. Bu, çox böyük ehtimalla, məhz Bizans imperiyasında ən məşhur olan həmin şərabın istehsalında istifadə edilən üzümün çəyirdəkləridir. Söhbət Bizans mənbələrində məşhur olan "Neqevadan olan şərab"dan gedir. Onu həmçinin şərabın nəhəng imperiyanın bütün guşələrinə yayıldığı limanın adı ilə "Qəzzadan olan şərab " da adlandırıblar. Müasir insanların fikrincə, bu şərab qeyri-adi dadı ilə məşhurlaşıb və çox baha olub.

"Bu gün Neqevada üzümün Avropa növləri yetişir, lakin Neqeva üzüm növü itirilib. Bizim növbəti vəzifəmiz qədim üzümü yenidən yetişdirməkdir və ola bilər ki, bu yolla biz onun dadını da bərpa edə bilərik"- Hayfa Universitetinin professoru, ekspedisiyanın rəhbəri Qay Bar-Oz bildirib.

Arxeoloqlar əvvəllər Neqevada qazıntılar zamanı üzümün yetişdirilməsi üçün terraslar, şərabçılıq və şərabın saxlanması üçün qablar tapıblar. Üzüm çəyirdəkləri isə lap bu yaxınlarda qədim Halusa şəhərinin perimetri üzrə əmələ gələn torpaq yığınlarını tədqiq edən vaxt aşkar edilib. Alimlər bunun üçün torpağı narın tordan ələyən və yuyan xüsusi texnikadan istifadə ediblər.

Indi Hayfa Universitetindən olan tədqiqatçılar üzüm salxımının dəqiq mənşəyini müəyyən etmək üçün çəyirdəklərin DNT-sini öyrənməyi planlaşdırırlar. Hələlik üzümün kənardan gətirildiyi və ya yerli növdən olduğu məlum deyildir. Ola bilər ki, "Neqevadan olan şərab"ın unikallığının sirri məhz bundadır. Işə həmçinin əfsanəvi içkinin sirrini, heç də, alimlərdən az bilmək istəməyən yerli şərab istehsalçıları da qoşulmaq istəyirlər.



Sizin Reklam Yeriniz