Əlaqə Arxiv
news Image
2015.02.26
10:50
| A A A
Marilyn Monroe rolunda Özgə Borak var-FOTO

Movqe.az xəbər verir ki, Marilyn Monroe, Jack Lemmon, Tony Curtis kimi XX əsrə damğasını vurmuş ulduzlarıyla yaddaşlarda yer alan və "Sugar" adlı "Broadway" müzikalından kinoya uyğunlaşdırılan "Bəziləri İsti Sevər" (Some Like It Hot), Türkiyədə "Balım" adıyla yenidən səhnəyə qoyulacaq.

Ərlər Film istehsalı olaraq təcrübəli teatr rejissoru Yücəl Ərtən tərəfindən səhnələnən "Balım"da, Marilyn Monroe rolunda Özgə Borakı, Tony Curtis rolunda isə İlkər Aksumu izləyəcəyik. Ozan Çobanoğlu, Zəki Alasya və Şəbnəm Sönməz kimi təcrübəli adların da rol aldığı "Balım"ın, 27 Fevralda "TİM Show Center"də premyerası olacaq.

Müzikal, başları mafiyayla dərdə girən iki musiqiçinin hekayəsindən bəhs edir.


Sizin Reklam Yeriniz