Əlaqə Arxiv
news Image
2015.02.26
12:20
| A A A
Yaşıl qəhvə dostdu yoxsa düşmən?-FOTO

Movqe.az xəbər verir ki, son illərdə arıqlamaq üçün bazara sürülən məhsulların başında yaşıl qəhvə gəlir. Yaşıl qəhvə adı verilən qovrulmamış qəhvə, içindəki klorojenik turşu səviyyəsi çox olduğu üçün zəifləməyə köməkçi olur şəklində çıxan xəbərlərlə bir anda gündəmə oturan yaşıl qəhvə əslində o qədər də xeyirli deyil.

Yaşıl qəhvənin təsir mexanizmini içərisindəki klorojenik turşu meydana gətirir. Klorojenik turşunun gerçək təsirini göstərə bilməsi üçün gündə 7 fincan içilməsi lazımdır. Bu da yüksək kafenin miqdarı, yəni yüksək təzyiq, yorğunluq, əsəbilik, qansızlıq, ürək döyüntüsü, sümük əriməsi, böyrək çatmazlığı deməkdir. Yaxşı yaşıl qəhvənin faydaları nədir, necə və nə qədər istifadə edilməlidir?


Yaşıl qəhvə ilə əlaqədar aparılan araşdırmalar göstərir ki, klorojenik turşusunun zəiflədici təsiri mövcuddur. Lakin insanların lazımı səviyyədə klorojenik turşu ala bilmələri üçün gündə ən az 6-7 ədəd böyük fincanda yaşıl qəhvə içməsi lazımdır. Bu vəziyyətdə yaşıl qəhvənin içərisindəki kafein miqdarı; yüksək təzyiq, yorğunluq, əsəbilik, titrəmə, ishal, qusma, bulantı, ürək döyüntüsü, su itkisi, böyrək çatmazlığı, kramp, sümük əriməsi, qansızlıq (anemiya) və ürək çatmazlığı kimi ciddi sağlamlıq problemlərinə yol aça bilir. Daha az miqdarda içilən yaşıl qəhvənin isə arıqlamağa hər hansı bir təsiri yoxdur.

Digər tərəfdən arıqlamaq üçün tövsiyə edilən klorojenik turşu, yalnız kilo itkisini təmin ilə deyil, eyni zamanda diyabet, ürək-damar xəstəlikləri və xərçəng başda olmaq üzrə bir çox xroniki metabolik xəstəliyə, Alzheimer və Parkinson kimi əhəmiyyətli nevroloji xəstəliklərə qarşı da qorunma təmin edir.

Aparılan digər bir araşdırma nəticəsində isə daha gənc insanlarda arıqlama istiqamətli müsbət təsir müşahidə edilmişdir. Içərisində olan təbii kofein sayəsində beyin xəbərdar edilir. Bu xəbərdarlıqdan ötəri bədən fəaliyyətləri 2 qat çoxalır yəni maddələr mübadiləsi sürətlənir və arıqlamağa köməkçi olur.

Klorojenik turşusunun xeyirləri ilə əlaqədar açıqlama verən "ODTÜ Qida Texnologiyaları" mütəxəssisi Dr. Uğur Sinə "Qəhvə ilə əlaqədar sual işarələrinin meydana gəlməsinin ən böyük səbəbi içərisindəki kafenin miqdarıdır. 4 stəkan qəhvə içdikdə ehtiva etdiyi 400 mg kafeindən ötəri özünüzü bir az gümrah və dinc hiss edə bilərsiniz. Çünki yaşıl qəhvədə kafeindən çox daha faydalı, xərçəng düşməni və kilo verdirən klorojenik turşu adlı bir maddə var. Ancaq arıqlamaq üçün tövsiyə edilən klorojenik turşu, yalnız kilo itkisini təmin etmir, eyni zamanda da sağlamlığı təhdid edir." deyib.

"Yaşıl qəhvəni arıqlamaq üçün deyil sağlam həyat yaşamaq üçün istifadə edin" deyən "ODTÜ Qida Texnologiyaları" mütəxəssisi Dr. Uğur Sinə, yaşıl qəhvənin tərkibindəki klorojenik turşusunun digər əhəmiyyətli faydaları haqqında da məlumat verib:

Budur klorojenik turşuların faydaları

- Diabet xəstəliyinin qarşısını alır: Yeməklərdən yarım saat əvvəl alınan klorojenik turşu, bağırsaqda şəkərin sorulmasını təmin edən natrium və kalium mineralları ilə qarşılıqlı əlaqəyə keçərək, şəkərin qana keçməsinə mane olur. Beləliklə, yeməklərdən sonra qana qarışan şəkər miqdarında 29-40% nisbətində azalma olur. Kana qarışan şəkər miqdarındakı bu azalma xüsusilə diabet xəstəliyinə qarşı qorunmada son dərəcə təsirli olmaqdadır.

Xərçəng xəstəliyinin qarşısını alır: klorojenik turşu pankreasta olan və qan şəkərinin düşməsini təmin edən insulin hormononu təsir edib qarşısını alaraq, yenə pankreasta ifraz glukagon hormonunun miqdarını artırır. Glukagon hormonu insulinin tərsinə hüceyrələrdən qana şəkəri çəkməkdə və beləliklə hüceyrələrdə şəkər təcrübəsini maneə törətməkdədir. Hüceyrələrdə çox şəkər konsentrasiyası xərçəng hüceyrələrini bəsləyərək xərçəng xəstəliyi yaradır və də çox şəkər hüceyrələrdə yağa çevrilərək, hüceyrə və toxuma yağlanması nəticəsində kilo və obeziteyə səbəb ola bilir.

Ürək və damar tıxanıqlığı xəstəliyinin qarşısını alır: Qandakı şəkərin çoxunun yağa çevrilməsi, eyni zamanda damarların tutulmasına səbəb ola bilər ki, bu halda ürək çatmazlığı və ürək böhranına səbəb ola bilər. Onsuz da ürək damar xəstəliklərinin kökündə də qan damarlarındakı şəkər və yağ miqdarının çoxluğundan qaynaqlanan bu tıxanıqlığı, yəni damar daralmasını yatmaqdadır.

Xroniki xəstəliklərin qarşısını alır: Çox şəkər-yağ qanda və hüceyrədə tənəffüs edilən havadakı oksigenlə reaksiyaya girərək toksik radikal adı verilən zərərli maddələr ortaya çıxarır. Bu zərərli maddələr damar divarlarına yığılaraq damar tıxanıqlığı və ürək-damar xəstəliklərinə, mədə səthini təxrib edərək gastrit və xoraya, oynaqlarda yığılaraq oynaq iltihablanmasına (artrit), beyin damarlarında yığılıb bu damarları daraldaraq Alzheimer və Parkinson kimi nevroloji xəstəliklərə səbəb ola bilir.



Sizin Reklam Yeriniz