Əlaqə Arxiv
news Image
2015.02.26
14:20
| A A A
Özcan Dənizdən Eurovisiona "O səs" tövsiyəsi!

Bu il Eurovisiona qatılmağa qərar verən Türkiyəni kimin təmsil edəcəyi danışılarkən, ilk təklif Özcan Dənizdən gəlib, "Elnur Türkiyəni təmsil etsin."

Movqe.az xəbər verir ki, bu il Eurovisiona qatılmağa qərar verən Türkiyəni kimin təmsil edəcəyi hələ də müzakirə edilir. Belə halda ilk təklif isə Özcan Dənizdən gəlib. Dəniz,"Türkiyəni Elnur təmsil etsin" deyib.

Bir televiziya proqramında, birinci olan Elnur Hüseynovun səsi və performansı Özcan Dənizi də təsiri altında buraxıb.

Daha əvvəl Eurovisionda Azərbaycanı təmsil edən gənc səs üçün Dəniz, Azərbaycandan Türkiyə adına yarışması üçün icazə istəyib. Rejissor şəxsiyyətiylə ön plana çıxdığı yeni filmi "Sevimli Təhlükəli"nin Bakıdakı qalasına qatılan Dəniz, maraqlı bir açıqlamaya imza atıb.

Azərbaycanlı Elnur Hüseynovla əlaqədar fikirlərini soruşan jurnalistlərə Dəniz, "Bəli Elnurun gözəl səsi var. Azərbaycan onu bir dəfə Eurovisiona göndərib. İcazə verin, bu dəfə də Türkiyəni təmsil etsin" deyərək idarəçilərə müraciət edib.


Sizin Reklam Yeriniz