Əlaqə Arxiv
news Image
2015.02.27
09:45
| A A A
İncəsənət həqiqətən müalicə edir

Alimlər insanların təbiətin gözəlliklərindən, incəsənt əsərlərindən, rəsm əsrələrindən və ya unikal musiqidən aldığı müsbət emosiyalar və təəssüratların sağlamlığı möhkəmləndirdiyinə inanırlar.

Müsbət emosiyalar orqanizmdə sitokinlər- immun sisteminin fəaliyyətini gücləndirən zülalların miqdarını azaldır. Bu birləşmələr kiçik miqdarda orqanizmi infeksiyalardan, zərəli bakteriyalardan və patologiyalardan qoruyur. Amma sitokinlərin böyük miqdarda olması sağlamlığın pisləşməsinə, diabetin, ürək-damar xəstəliklərinin, artrit və Alsgeymer xəstəliklərinin inkişafına səbəb olur.

Tədqiqatçılar əvvəlcə gördükləri hansısa hadisədən heyrətə gələn, qürur, sevinc və sevgi hissləri duyan 200 tələbə arasında sorğu keçiriblər. Bundan dərhal sonra onların biokimyəvi analaizləri sitokinlərin və digər iltihab markerlərinin aşağı tərkibdə olduğunu göstərib.

Sitokinlərin yüksək səviyyəsini həmçinin depressiya və nevrozlu durumlarla da əlaqələndirirlər, çünki orqanizmin bu zülalları böyük miqdarda ifraz etməsi üçün əvvəlcə oksitosin və dofamin kimi xoşbəxtlik hormonlarını təcrid etmək lazımdır və bu, dərhal əhval-ruhiyyəni pisləşdirir.

Sizin Reklam Yeriniz