Əlaqə Arxiv
news Image
2015.02.27
10:50
| A A A
Özünü aldatmanın mənfi yanları nələrdir?

Özünü aldadanların idmanda və iş dünyasında daha müvəffəqiyyətli ola biləcəyini göstərən müxtəlif araşdırmalar var. Bu insanlar, özlərinə qarşı hər zaman dürüst və həqiqi olanlardan daha xoşbəxt ola bilərlər. Yaxşı, bəs özünü aldatmanın mənfi yanları var?

Movqe.az xəbər verir ki, Yale Universitetindən Zoe Chanceın apardığı bir araşdırmada, testlərdə kopya çəkənlərin davranışları müşahidə edilərək bu problemin cavabı axtarılıb. İki qrup yaradılaraq ümumi zəka (IQ) və ümumi mədəniyyət sualları soruşulub. Ancaq bir qrupa paylanan test kağızlarının altına səhvən cavabları da basılmış kimi göstərilib. Yəni bu qrupdakıların öz cavablarına baxaraq, düzəltmə etmə iç güdüsünə qarşı müqavimət göstərməsi planlaşdırılmışdı.

Gözlənildiyi kimi, qrupdakıların bəziləri dözə bilməyib kopya çəkib. Cavabları görən qrupdakılar kollektiv olaraq testdə daha çox müvəffəqiyyət göstərib. Buradakı can alıcı sual bu olub, "Kopya çəkən" qrupdakılar müvəffəqiyyətlərini öz zəkalarına yoxsa kopyaya bağlayıblar?

Qısa yoldan zəka

Araşdırmaçılar bunu ortaya çıxarmaq üçün, qruplara yeni bir test edəcəklərini deyərək bu testdə nə dərəcə müvəffəqiyyət göstərəcəklərini təxmin etmələrini istəyiblər. Suallar əvvəlkilərlə bənzərdi və fikir əldə etmələri, daha da əhəmiyyətlisi cavabların çap olmadığını görmələri üçün qısa müddətlik əllərinə test kağızları verilib.

Araşdırmaçılar, qrupların, kopya çəkmənin mümkün olmadığını başa düşəndə ikinci testdə əvvəlki qədər müvəffəqiyyətli ola bilməyəcəklərini təxmin edəcəklərini gözləyirdi.

Lakin elə olmayıb. İnsanlar özlərini aldatmağı üstün tutub, ikinci testdə daha yüksək bal alacaqlarını təxmin ediblər. Amma test sonunda əvvəlkindən çox daha aşağı bal alıblar.


Araşdırmaçılar bir başqa təcrübə daha edərək, bu nəticənin qrupların öz bacarıqlarına şişirmə bir inanc duymalarına bağlı olub-olmadığını öyrənmək istəyiblər. Bu təcrübədə şagirdlərə ikinci testdəki ballarını doğru təxmin etmələri halında pul mükafatı veriləcəyi bildirilib. Kopya çəkmək imkanı verilmiş olanlar, öz müvəffəqiyyətlərini olduğundan daha çox olduğuna inanaraq 20% daha az pul mükafatı qazanıblar.

Tarazlıq təmin

Bu təcrübədən belə bir nəticə çıxıb: Təcrübədəki insanlar özlərini olduğundan daha ağıllı görürlər. Bunun özünə inam və başqalarının etibarını daha asan qazanma kimi üstünlükləri ola bilər, amma mənfi cəhətləri də var. Vəziyyət dəyişəndə və həqiqi müvəffəqiyyət təxmini etmək lazım olduğunda, olduğundan daha yaxşıymış kimi düşünmək zərər verə bilər.

Əxlaqi cəhətdən çoxu insan özünü aldatmanın səhv olduğunu söyləyəcəkdir. Lakin faydalarından ötəri hər kəs bir ölçüdə, amma zərərlərindən ötəri də məhdud bir şəkildə özünü aldatma meyli göstərər deyə düşünürük.

Yəni faydaları zərərlərindən çox olduğu müddətcə özünü aldatmanın bir məntiqi vardır. Hamımız bir ölçüdə bu vasitəyə müraciət edirik böyük ehtimalla. Lakin problem budur ki, özünü aldatmaq söz mövzusu olduğu üçün bu yolu nə qədər sıxlıqla istifadə etdiyimizi təxmin etmək çətindir.


Sizin Reklam Yeriniz