Əlaqə Arxiv
news Image
2015.02.27
11:50
| A A A
İbrahim Yerlinin cinayət şübhəlisi günahını etiraf etdi

Polisdə cinayəti törətdiyini rədd edən Ömər D., məhkəmədə isə Yerliyi yoldaşına qarşı söyüş etdiyi iddiasıyla əvvəl bıçaqladığını, sonra ölmədiyini görüb şalvarı ilə boğduğunu etiraf edib.

Movqe.az xəbər verir ki, Bursanın Orxanqazi qəsəbəsində qeyb olduqdan 1 ay sonra öldürülmüş halda tapılan 18 yaşındakı İbrahim Yerlinin qətl şübhəlisi sürücü Ömər D. həbs olunarkən, həyat yoldaşı Mərvə D. isə həbssiz mühakimə üzrə sərbəst buraxılıb.

Orxanqazidə 28 Yanvar tarixində qeyb olan 18 yaşındakı İbrahim Yerli, 3 gün əvvəl öldürülmüş halda tapılıb. Şübhəli olaraq gəncin iş adamı atası Yılmaz Yerlinin ortağı olduğu iş yerində şofer olaraq ışləyən Ömər D. (28) və həyat yoldaşı Mərvə D. (26) nəzarətə alınıb. Polisdəki əməliyyatları tamamlanan cütlük, saat 05.30 da geniş təhlükəsizlik tədbirləri arasında Orxanqazi Ədliyyəsinə aparılıblar.

Verilən ilkin məlumata görə, Ömər D., "Yanımdakı bıçaqla bir neçə dəfə bıçaqladım, yerə düşəndə ayağından tutub 20 metr aşağıdakı kolların arasına qədər sürüklədim. Dönüb gedərkən xırıltıların gəldiyini eşidib geri döndüm və ayağından çəkərkən əynindən çıxan şalvarını götürüb boğazına doladım. Öldüyünü görəndə isə hadisə yerindən ayrıldım "deyə ifadə verib. Ömer D. həbs olunub həbsxanaya göndərilərkən, günahı gizlətməklə təqsirkar hesab olunan həyat yoldaşı isə həbssiz mühakimə üzrə sərbəst buraxılıb.



Sizin Reklam Yeriniz