Əlaqə Arxiv
news Image
2015.02.28
11:27
| A A A
Sererada işıq mənbəyinin nə olduğunu anlamaq çətinləşir

NASA-nın indi kiçik planet Sereraya yaxınlaşan "Dawn" zondu çəkdiyi növbəti fotoşəkilləri göndərib. Bu dəfə şəkillər 46 min kilometr məsafədən çəkilib, lakin bu da oradakı işığın mənbəyinə aydınlıq gətirməyib. Əksinə, tünd səthdəki müəmmalı işıq mənbəyinin təbiətini anlamaq çətinləşib. Yalnız o məlum olub ki, daha uzaq məsafədən görünən ləkə bir deyilmiş. Orada bir-birinin yanında iki- böyük və kiçik ləkə var. Böyük- daha parlaq ləkə kraterin tam mərkəzində düzgün yumru formada yerləşib. Kiçik – bir qədər solğun ləkə isə böyük ləkə və kraterin kənarı arasında yerləşir.

"Kameranın imkanları oranı "görmək" gücündə deyildir. Hələlik yalnız Sererada "böyük ləkə"dən daha parlaq nəyinsə olduğunu demək mümkün deyildir. Bu, gözlənilməz və həqiqətən müəmmalıdır"- tədqiqatın rəhbəri, Maks Planka İnstitutundan bu kameraya cavabdeh olan Andreas Natyus bildirib.

"Dawn" missiyasının Kaliforniya Universitetindən olan rəhbəri Kris Rassel güman edir ki, ləkə vulkan mənşəli ola bilər. Amma digər fərziyyələr də vardır. Məsələn, işığı buzla örtülü səth də əks etdirə bilər. Və ya orada geyzerlər mövcuddur. Ufoloqlar isə Sereranı onun işıqlanan ləkələri ilə birlikdə yadplanetlilərin müdaxiləsi kimi səciyyələndirirlər.

Mümkündür ki, bu il martın 6-da əgər "Dawn" planlaşdırıldığı kimi Sereranın orbitinə çıxaraq orada bir ildən çox qaldıqdan və daha yaxın məsafədən- bir neçə on kilometrdən şəkillər çəkdikdən sonra situasiyaya aydınlıq gətiriləcək.

Indi "Dawn" kosmik aparatının hərəkət etdiyi asteroidlər zolağı Mars və Yupiter arasında yerləşir. Zond Yerdən 2007-ci ildə start götürüb, 2011-ci ildə cırtdan Vesta planetində olub, 2012-ci ildə isə Sereraya tərəf istiqamət götürüb. Ondan bir neçə yüz min kilometr məsafədə olarkən səthində mütəxəssisləri maraqlandıran qəribə parlaq ləkə olan fotoşəkillər göndərib. Cırtdan Serera və Vesta planetləri kürəşəkillidir. Bunlardan birincinin diametri 950 kilometr, ikincinin diametri isə 550 kilometrdir. Onların Mars və Yupiter arasında dövr edən digər böyük və kiçik daşlarla birlikdə partlayan Fayton planetinin qalıqları olduğu istisna deyildir.

"Dawn" missiyasına mistiklik qatan daha bir amil isə Fayton planetində yadplanetlilərin yaşaya bilməsidir.

Yeri gəlmişkən, zondun 2011-ci ildə çəkdiyi Vestanın fotoşəkillərində də müəmmalı məqamlar aşkar edilib. Ufoloqlar onun səthində qismən süxura batmış "uçan boşqab" və təyyarəyə bənzər obyekt görüblər.

Sizin Reklam Yeriniz