Əlaqə Arxiv
news Image
2015.02.28
12:00
| A A A
Mədəaltı vəzinin xərçəngini platinlə müalicə etmək olar

Xərçəng xəstəliyinin ən öldürücü növlərindən biri olan mədəaltı vəzinin xərçənginin çoxdan gözlənilən yeni müalicə metodu alimlər tərəfindən şişlərin DNT-sinin tədqiqində çox böyük nailiyyətlər əldə etdikdən sonra mümkün olub.

Beynəlxalq tədqiqatçılar qrupu nəyin mədəaltı vəzini bu cür öldürücü etdiyini müəyyənləşdirib. Onlar müəyyən ediblər ki, bu bədxassəli yeni törəməni dörd növə ayırmaq olar.

Xərçəngin bu növlərindən biri ilə xəstələnmiş pasientlərin 15 faizi platin əsasında hazırlanmış dərman vasitəsilə effektiv müalicə ala bilirlər. Bu cür preparatlardan artıq qadınların yumurtalıqlarında və kişilərin xayalarındakı şişlərin müalicəsində istifadə edilir. Alimlər bildirirlər ki, erkən klinik tədqiqatların nəticələri o qədər uğurlu olub ki, onlar hətta ən cəsarətli proqnozlar verməyə başlayıblar.

Gələcəkdə mədəaltı vəzinin qurbanları şiş DNT-sinə əsaslanan dərmanlar ala bilərlər. Bu xəstəlik ürək şişindən sonra ikinci ən təhlükəli onkoloji xəstəlikdir. Pasientlərin yalnız 1 faizi diaqnoz qoyulduğu məqamdan sonra 10 il yaşamağa ümid edə bilər, 90 faizi isə sayılı həftələr və ya aylar ərzində ölür.

Təəssüf ki, bu xəstəlik son mərhələsinə kimi simptomsuz keçir və müalicə artıq effektiv olmur.

Sizin Reklam Yeriniz