Əlaqə Arxiv
news Image
2015.02.28
13:01
| A A A
Sağ qalan başı yad bədənə birləşdirəcəklər

İtaliyalı neyrocərrah Sercio Kanavero bəyan edib ki, iki ildən sonra insan bədəninin tam transplantasiyasını həyata keçirə biləcək, yəni o, diri adamın başını donor bədənə "peyvənd" edəcək. Bu, nəzəri cəhətdən mümkündür.

Perspektivli Neyromodulyasiya Turin qrupunun direktoru Kanavero Surgical Neurology International jurnalında dərc etdirdiyi məqalədə bildirir ki, bu cür cərrahiyyə əməliyyatı hələ 1970-ci ildə ABŞ-da neyrocərrah Robert Cozef Uayt tərəfindən meymun üzərində keçirilib. O vaxt onurğa beynini baş beyinlə keyfiyyətli şəkildə birləşdirməyə imkan verən metodika mövcud deyildi, ona görə də meymun iflic vəziyyətinə düşərək səkkiz gündən sonra ölmüşdü.

Indi, Kanaveronun sözlərinə görə, situasiya əsaslı şəkildə dəyişib, lazımi əsəbləri birləşdirməyə imkan verən metodikalar hazırlanıb. Onun hesablamalarına görə, bədənin köçürülməsi üzrə keçirilən əməliyyatda eyni zamanda 100 cərrahın iştirakı tələb olunur, əməliyyat 36 saata yaxın davam edəcək və qiyməti 12,6 milyon dollar olacaq.

Italiyalı həkimin etirafına görə, əməliyyat çox çətindir. Onun əsas mərhələsi- başın bədəndən ayrılaraq yeni bədənə birləşdirilməsi- bir saatdan çox vaxt aparmamalı və toxumaların temperaturu +12...+15°S olmalıdır, çünki bundan artıq vaxt və daha yüksək temperaturda insanın beyni oksigen daxil olmadan yaşaya bilmir.Biri donor bədəni başdan ayıran, digəri isə başı köçürülən adamın başını ayırmaqla məşğul olan iki cərrahlar qrupu qeyri-adi dərəcədə həmahəng işləməlidir. Əməliyyatda əsas rol onurğa beynini kəsən "ultraiti cərrah bıçağı"na veriləcək. Kanavero bunu bütün əməliyyatın gedişində əsas məqam adlandırıb.Italiyalı neyrocərrah bu mürəkkəb əməliyyatın keçirilmə imkanlarını öyrənmək üçün cari ilin iyun ayında Merilend ştatında (ABŞ) öz qrupunu toplamaq niyyətindədir.

Sizin Reklam Yeriniz