Əlaqə Arxiv
news Image
2015.02.27
19:30
| A A A
67 il birlikdə yaşayıb, birlikdə öldülər

90 yaşlı cütlük son ana kimi əl-ələ olub.

67 il birgə yaşadılar, eyni gündə öldülər.

Movqe.az-ın anspress-ə istinadənməlumatına görə, Kaliforniyada yaşayan yaşlı cütlük ömürlərinin böyük hissəsini bərabər keçiriblər.

90 yaşlı Floyd Xartviq və onun 89 yaşlı həyat yoldaşı Vayolet fevralın 11-də beş saat fərqlə dünyadan köçüblər. İlk olaraq ər vəfat edib, onun yoxluğuna arvadı çox dözməyib.

Son anlarına kimi onlar əl-ələ olublar. Cütlüyün qızının sözlərinə görə, ata-anası ömür boyu özlərinə belə bir son arzu ediblər.

Floyd və Vayolet hələ orta məktəbdə tanış olublar. İkinci dünya müharibəsinə kimi onlar görüşüblər. Müharibə cütlüyü bir müddət ayırsa da, onlar sonradan yenidən bərabər olublar. Bu günə kimi onların 131 məktubu saxlanılır. Cütlük 1947-ci ilin avqust ayında evlənib, fermaya köçüblər və hindquşu saxlamağa başlayıblar.

"Anamın vəziyyəti son illər elə də yaxşı deyildi. Onları daim həkim nəzarətində olmaları üçün xəstəxanaya yerləşdirmişdik. Anam özündə deyildi, həkimlər onun ömrünün sonuna az qaldığını deyirdilər. Atamın vəfat etdiyini anam özündə olmasa belə ona dedik. Atamın əlini buraxmayan anam da bu xəbərdən bir necə saat sonra gözlərini əbədi yumdu".

Sizin Reklam Yeriniz