Əlaqə Arxiv
news Image
2015.03.04
09:55
| A A A
Bəşəriyyətin 10 ən ağılsız ixtirası

Hər dəqiqə Yerdə bu dünyanı dəyişmək istəyən ixtiraçı doğulur. Bu, kimdəsə alınır, lakin kimsə bütün planeti özünə güldürür.



Böyük adron kollayderi


XXI əsrin əsas qorxulu kəşfidir. Bir dəfə fiziklər Böyük partlayış yaradaraq digər hissəciklərin də yaranmasına cavabdeh olan Hiqqs hissəciyini tapmaq qərarına gəliblər. Və dünyada ən güclü elemantar hissəciklərin sürətləndiricisi hazırlanıb. Təbii ki, ideya möhtəşəmdir və əgər kollayder daim sınmazsa və nasaz vəziyyətə düşməzsə, hər şey əla olardı. Bu cür nasazlıqdan sonra onun bərpasına on milyonlarla dollar xərclənir. Kollayderin özünün qiyməti isə bir neçə on milyon dollar təşkil edir. "Hiqqs hissəciyinə bu qədər xərc çəkməyə dəyərmi" sualına cavab isə hələlik açıq qalır. Bu cür eksperimentin bəşəriyyətə lazım olub-olmadığı da tam anlaşılmır. Bundan başqa, skeptiklər bildirirlər ki, kollayder qara deşiyin yaranmasına gətirib çıxarda bilər, bu isə ən axmaq apokalipsisə çevrilər.


Antiterrorçu


Hijacker Injector ("Terrorçuya iynə vurmaq üçün mexanizm") çox qəribə kəşfdir. O, 1974-cü ildə ABŞ-da patentləşdirilib. Planeti terrorçulardan xilas etməyi düşünən müəllifin ideyasına görə, mexanizmdən istifadə etmək çox sadədir. Tutaq ki, terrorçu təyyarəni ələ keçirib və silahı pilotun başına dirəyərək ona dərhal başqa tərəfə istiqamət götürməyi əmr edir. Təyyarənin kapitanı sakitliyini pozmadan xəbər verməlidir: "Oldu,cənab, indi istəyinizi yerinə yetrirəm, siz isə, buyurun, əyləşin, çay için". Təbii ki, terrorçu razılaşacaq, kresloya səriləcək və bu məqamda gizli inyeksiya ediləcək. Amma indiyə kimi kəşfdən istifadə edilməyib.


Insanları dondurmaq üçün kamera




Yəqin ki, bizlərdən hər kəs öz həyatında, heç olmasa, bir dəfə əbədi həyat və əbədi gənclik haqda düşünməməiş olmasın. Ölməzlik, əsla,Tanrı ilə yarışmaq üçün ən yaxşı üsul deyildir. Və burada da insanın köməyinə insanı donduran və uzun illər keçdikdən sonra- hüceyrə və toxumanın donunu açmağı öyrənən krionika elmi gəlir. Bu elmin banisi XIV əsrdə yaşamış Con Hanterdir. Deyirlər ki, o, əbədi yaşamağı arzulayıb və balıqları dondurmaq və buzunu açmaqla məşğul olub. Nəticədə onun ideyasından istifadə edən pərəstişkarları gələcəkdə dirilmək istəyən insanları dondurmaq üçün kamera icad ediblər.



Qız-humanoidlər üçün corablar


1997-ci ildə patentləşdirilmiş Pantyhose x3 corabları (kolqotkalar) qəribə kəşfdir. Onların iki yox, üç ayağı vardır və heç də, siam əkizləri üçün nəzərdə tutulmayıb. Ehtimal ki, corabın müəllifi gecə-gündüz qadınların həyatını yüngülləşdirmək istəyən böyük humanist olub. Məhz bu da onu "humanoid" corablar hazırlamağa vadar edib. Tutaq ki, qadın işə gedən vaxt corabı ilişərək cırılıb. Narahat olmağa dəyməz, sadəcə, cırılmış corabı gizlədərək beldəki cibdə saxlanan yeni ayaqlıqla ilə əvəz etmək olar.


Korlar üçün yol işarələri

Bu kəşf 1954-cü ildə Böyük Britaniyada edilib. Adama elə gəlir ki, bu cür yol işarələri bir "əmma" olmasa idi, insanlara yaxşı xidmət göstərərdi. Artıq tədqiqatların gedişində bəzi eksperiment iştirakçıları zədə alıblar. Nə üçün? Bəli, hər şey çox sadədir: işarələri əllə yoxlayaraq fərqləndirmək lazım gəlib. Bəs yolu keçmək lazımdırsa? Beləliklə, bu ideya da həyata keçməmiş qalıb.


Yumurta qaynatmaq üçün taymer


Indiyə kimi, Eggtimer-i kimin kəşf etdiyi məlum olmasa da, artıq neçə ildir ki, ondan bütün dünyada populyarlıqla istifadə olunur. "Əlbəttə, çoxları üçün yumurta qaynatmaq, o qədər də böyük problem deyildir. Amma əgər siz bu işdə təzəsinizsə, çaş-baş qala bilərsiniz"- kəşfin reklam afişasında bildirilir. Cəmə su tökərək yumurtanı onun içinə qoymaq və sadəcə olaraq, 10 dəqiqə gözləmək haqqında isə bir kəlmə də danışılmır.


Baş üçün tutqac


1979-cu ildə edilmiş bu kəşf başları bu və ya digər səbəblərdən həmişə masaya tərəf əyilən və oturaq həyat tərzi keçirən insanlara, məsələn, saatsazlara və ya zərgərlərə çox kömək etməlidir. Belə görünür ki, pis ideya deyildir, lakin qəribəsi budur ki, kəşfin edildiyi vaxtdan keçən 30 ildən artıq bir dövrdə alınlarını çubuğa dirəmək istəyənlər tapılmayıb.


Sürücü antiqaralması


"Sol əl sindromu"- bir şəhərdən digər şəhərlərə gedən daimi səfərlərdən sonra sürücülərin sol qolunun qaralması ilə bağlı yaranan "xəstəlik" belə adlanır. Ancaq bu problemi də 1994-cü ildə ABŞ-da patentləşdirilmiş Arm Mitten vasitəsilə asanlıqla həll etmək olar. Kəşf görünüşcə gipsi xatırladır və estetik baxımdan o qədər də yaxşı görünmür, lakin sürücülər yanmaqdan qorxmadan sol əllərini avtomobilin pəncərəsindən rahatlıqla çıxara bilərlər.


"Ağıllı" unitaz


O, Yaponiyada hazırlanılb. Qiyməti çox bahadır. İdarəetmə düyməsi vardır. Bundan başqa, "ağıllı" unitaz duş, masajyor, qurutma, işıqlandırma, oturacaqları qızdırma sistemi ilə təchiz olunub. Bir sözlə, bu, davamlı istirahət və mənəvi zənginləşmə deməkdir.


Yuxudan oyatmaq üçün mexanizm


1882-ci ildə patenləşdirilərək buraxılıb, müasir zəngli saatların hazırlanmasına gətirib çıxarıb. Çarpayı üzərində yatan adamı düşməklə lazımi vaxtında oyadan çəki daşları ilə təchiz edilən örtüyü xatırladır."Çəki daşları düşən vaxt yatan adamı oyatmaq üçün yetərli olan, lakin ona ağrı yetirməyən zərbə vurur"- ixtiraçı bildirib. Ancaq kəşfdən indiyə kimi məişətdə istifadə olunmayıb.

Sizin Reklam Yeriniz