Əlaqə Arxiv
news Image
2015.03.04
14:20
| A A A
Alcatel 40 dollarlıq ağıllı telefonu təqdim etdi

Ağıllı telefon istehsalçısı Alcatel, 40 dollarlıq ağıllı telefonunu Dünya Mobil Konqresində tanıdıb. Tanıdılan telefonun "iPhone"lərə olan bənzərliyi diqqətlərdən qaçmayıb.


Movqe.az xəbər verir ki, İspaniyada təşkil edilən Mobil Dünya Konqresində telefon istehsalçıları tanıtımlarına davam edir. Mobil Dünya Konqresində təqdimatı edilən Alcatelin ucuz ağıllı telefonu görənləri çaşdırıb.


Alcatelin tanıtdığı "Orange Klif", "iPhone"lərə olan bənzərliyiylə diqqət çəkərkən, cihazın qiyməti 40 dollar olaraq təyin olunub.


3.5 düym TFT ekran 320x480 piksel həllolma əmsalı təqdim edən cihaz, 1 GHz sürətində işləyən cüt nüvəli "MediaTek" çipsetindən gücünü alır. Ayrıca modeldə 256 MB sistem yaddaşı və 512MB depolama sahəsi varkən, bu sahə Micro SD kart dəstəyi ilə də artırıla bilir.


Firefox OS əməliyyat sistemi ilə gələn modelin 2 MP kamerasına led flaş yoldaşlıq edir, ayrıca cihazda FM radio və GPS xüsusiyyətlər də var. 12.2 x 62 x 11.9mm ölçülərinə sahib "Orange Klif "in batareya tutumu da 1300mAh-dir..


Texniki xüsusiyyətləri bir az aşağı olsa da qiyməti olduqca uyğun olan Alcatel, bazarda bir zamanlar ucuz telefonlarla adından söz etdirən Nokianın taxtına göz qoyub. Hələlik yalnız Afrika bazarında satışa təqdim edilən telefonların yaxın zamanda Avropada da satışa çıxması gözlənilir.


Alcatelin yeni modelində istifadə edilən dizaynın "iPhone"yə olan bənzərliyi də diqqətlərdən qaçmayıb. Sadə bir dizayna sahib olan cihaz, "iPhone"lərdə istifadə edilən tək düymə modeli ilə hazırlanıb.






Sizin Reklam Yeriniz